İŞİD-i bombalayan ABŞ qırıcısı vuruldu

© REUTERS / Josh SmithMQ-9 qırıcısı. Arxiv şəkli
MQ-9 qırıcısı. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Pentaqon MQ-9 tipli təyyarənin terrorçular tərəfindən vurulmadığını açıqlayıb

BAKI, 6 iyul — Sputnik. Amerika ordusuna aid MQ-9 tipli təyyarə Suriyanın şimalında İŞİD-lə mübarizə əsnasında vurulub. Bu barədə Sputnik "Akşam" qəzetinə istinadla xəbər verir.

Amerika Birləşmiş Ştatları Hərbi Hava Qüvvələrindən verilən açıqlamaya görə, MQ-9 tipli təyyarə düşmən atəşiylə vurulmayıb və düşdükdən sonra dağıntıları İŞİD tərəfindən götürülməyib.

Ancaq açıqlamada "MQ-9 koalisiya təyyarələri tərəfindən vuruldu və hazırda düşmən əlində deyil" ifadələrindən istifadə edilib. Hadisə ilə əlaqədar istintaq davam edir.

Xəbər lenti
0