BAKI, 11 iyul — Sputnik. Bu ilin avqust ayında Rio-de Janeyro Yay Olimpiya Oyunlarında çıxış edəcək Azərbaycan cüdoçularının tam heyəti açıqlanıb. Bu barədə Sputnik-ə Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
Bildirilir ki, baş məşqçi Peter Zayzenbaxer iki çəki dərəcəsində seçimini Beynəlxalq Cüdo Federasiyasının reytinqində daha yüksək mövqedə qərarlaşanların xeyrinə edib. Baş məşqçi dünyanın ən böyük yarışmasına 60 kiloqram çəki dərəcəsində Orxan Səfərovu, 100 kiloqram çəkidə isə Elmar Qasımovu aparmağı qərara verib.
Qeyd edək ki, digər çəkilərdə Azərbaycanı Olimpiadada Nicat Şıxəlizadə (66 kq), Rüstəm Orucov (73 kq), Məmmədəli Mehdiyev (90 kq) və Uşangi Kokauri (100 kq-dan yuxarı) təmsil edəcəklər.
Xatırladaq ki, XXXI Yay Olimpiya Oyunlarının proqramına əsasən cüdo yarışları iyulun 6-12-də keçiriləcək.