Məlumata görə, şəhər meriyası tərəfindən təşkil olunan festivalda Rusiyada yaşayan millətlərin milli mətbəxləri nümayiş olunub. ASGA-nın Rusiya nümayəndəliyinin rəhbəri Toğrul Allahverdili və icraçı direktor Xəzər Qarayev Azərbaycan stendinə yaxınlaşan festival iştirakçıları və qonaqlara milli mətbəximiz haqqında ətraflı məlumat verib.
Festivalda iştirak edən Moskva meryasının rəsmiləri, Dövlət Dumasının deputatları və digər rəsmi şəxslər təqdim edilən Azərbaycan mətbəxinin nümunələri ilə tanış olublar.
Tədbirin sonunda Azərbaycanı festivalda təmsil edən ASGA-nın Rusiya nümayəndəliyinin sədri Toğrul Allahverdiliyə şəhərin ictimai siyasi həyatında fəal iştirak etdiyi üçün və Azərbaycanın milli mətbəxini yüksək səviyyədə təqdim etdiyinə görə şəhər rəhbərliyi adından fəxri diplom və mükafata layiq görülüb.