BAKI, 4 yan — Sputnik. Kinorejissorlar Xəyyam Abdullayev və Elməddin Əliyevin “İşıq gələn tərəf” filmi Parisdə keçirilən “13th İnternational Festival Signs of the Night” film festivalında münsiflər heyətinin xüsusi mükafatına layiq görülüb.
APA-nın məlumatına görə, sözügedən film Fransada keçirilən “38th Clermont Ferrand Short film festival” əsas proqramında da iştirak edəcək.
Fevralın 6-dan 13-dək keçiriləcək festivalda iştirak etmək üçün yaradıcı heyət Parisə dəvət olunub.
“İşıq gələn tərəf” filmi bir ailənin hekayəsini əks etdirir. Filmin prodüseri Emin Nəsirli, quruluşçu operatoru Elman Əliyevdir.
Ekran əsərində aktyorlar Anar Şəfiyev, Hüsniyyə Əhmədova, Qədir Həsənov, Elmir Əliyev və Günel Əliyeva rol alıb.