Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Kriştianu Ronaldo: Özümü çox xoşbəxt hiss edirəm

Xəbərlərə abunə olun
НовостиTelegram
Futbol üzrə Avropa Çempionatı-2016-nın qalibi Portuqaliya yığmasının kapitanı Kriştianu Ronaldo komandasınını qalibiyyəti ilə bağlı fantastik hisslər yaşadığını deyib.

BAKI, 11 iyul-Sputnik. Futbol üzrə Avropa Çempionatı-2016-nın qalibi Portuqaliya yığmasının kapitanı Kriştianu Ronaldo komandasınını qalibiyyəti ilə bağlı fantastik hisslər yaşadığını deyib.

Sputnik-in məlumatına görə, Ronaldo final matçını şərh edərkən deyib:

"Özümü çox xoşbəxt hiss edirəm. Mən bu şansı hələ 2004-ci ildən səbrsizliklə gözləyirdim. Ölkəmizlə birlikdə bu uğura layiq olduğumuzu düşünürəm. Bu qələbə mənim karyeramda ən fantastik məqamlardan biridir".

Oyunun 25-ci dəqiqəsində fransalı oyunçuların kobud hərəkəti nəticəsində zədələnərək meydanı tərk etməyə məcbur olan Ronaldo, bu günü böyük səbrsizliklə gözlədiyini deyib:

"Həmişə ölkəmə böyük qələbəni bəxş etmək arzusu ilə yaşamışam. Nəhayət, bu arzu gerçək oldu. Oyunu vaxtından əvvəl tərk etmək məcburiyyətində qaldığıma görə çox heyfslənirəm. Amma mən onsuz da komandamızla birlikdə idim və qələbəyə inanmağa davam edirdim."

Xəbər lenti
0