BAKI, 10 iyul — Sputnik. Bu gün AÇ-2016-nın final matçı oynanılacaq. Yarışr Portuqaliya – Fransa oyunu ilə yekunlaşacaq.
Sayca 15-ci qitə çempionatında Portuqaliya yığması qələbə qazansa, ilk dəfə qızıl medalları əldə edəcək. Bununla da pireneylilər Avropa çempionları sırasına daxil olacaq. İndiyədək buna 9 yığma nail olduğundan Fernandu Santuşun yetirmələri 10-cu Avropa çempionu olacaq.
Fransanın qalib gələcəyi təqdirdə isə fransızlar Almaniya və İspaniya kimi tarixində 3-cü dəfə bu sevinci yaşayacaqlar. Maraqlıdır ki, əgər Fransa qələbə qazansa, onllar bunu hər 16 ildən bir etmiş olacaqlar. 1984-cü ildə də Fransa məhz öz meydançasında Avropa çempionu olmuşdu. O çempionatda fransızlar yarımfinalda portuqalları 3:2 məğlub etmişdilər.
Ümumilikdə isə Fransa və Portuqaliya milliləri tarixdə 25-ci dəfə üz-üzə gələcəklər. Aşkar üstünlüyə malik meydan sahibləri son 10 qarşılaşmada qələbə qazanıb.