BAKI, 8 iyul — Sputnik. 19 və 21 yaşadək qızlardan ibarət Azərbaycanın futbol üzrə yığma komandalarının baş məşqçisi Patrisiya Qonzales istefa verib.
Sputnik-in AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, baş məşqçi öz istəyi ilə vəzifəsindən ayrılıb. Patrisiya Qonzales istefa etməsini səbəbini belə açıqlayıb.
“Son vaxtlar hiss edirəm ki, böyük nailiyyətlər qazanmağa qadirəm. Elit-raunddan sonra bunu bir daha anladım. Artıq yeni yola çıxmağın və getməyin vaxtıdır.”