BAKI, 7 iyul — Sputnik. Niderlandın paytaxtı Amsterdamda keçirilən yüngül atletika üzrə böyüklər arasında Avropa çempionatına start verilib. Azərbaycanı həmin yarışda, bu il keçiriləcək Rio-de Janeyro yay olimpiya oyunlarına vəsiqə qazanan idmançımız Nazim Babayev təmsil edir.
Atlet yarış haqqında təəssüratlarını Sputnik-lə bölüşüb: "Mənim çıxışlarım 7 iyuldadır. 9 iyulda isə final olacaq. Yarışlara çox yüksək səviyyədə hazırlaşmışam. Doğrudur, bir az cətin olacaq. Bu Avropa çempionatı sırf kişilər arasında keçirilir. Mən də özümə güvənirəm, yaxşı hazırlaşmışam. Uğur qazanacağıma inanıram".