BAKI, 5 iyul — Sputnik. Bu gün Peşəkar Futbol Liqasının (PFL) prezidenti postuna seçki keçirilib. Sputnik Report-a istinadən xəbər verir ki, AFFA-nın inzibati binasında təşkil olunan mərasimdə AFFA prezidenti Rövnəq Abdullayev və Premyer Liqa klublarının nümayəndələri iştirak ediblər.
Yeganə namizəd olan Ramin Musayev yenidən bu posta seçilib. Xatırladaq ki, Musayev PFL yarandığı vaxtdan — 2008-ci ilin iyulun 2-dən ona başçılıq edir.