Nəhənglərin çiyinlərində duran dahi

© Wikipedia / PUBLIC DOMAINİsaak Nyutonun 1702-ci ildə Qotfrid Kneller tərəfindən çəkilmiş portreti
İsaak Nyutonun 1702-ci ildə Qotfrid Kneller tərəfindən çəkilmiş portreti - Sputnik Azərbaycan
Abunə olmaq
O, ilk dəfə təbiətdə gedən prosesləri yüksək dərəcədə dəqiqlik və bütün təfərrüatları ilə müəyyən edən elementar qanunları kəşf etməyə cəhd etmiş alimdir

BAKI, 5 iyul — Sputnik. 5 iyul 1687-ci ildə dahi ingilis fiziki, riyaziyyatçısı, astronomu, filosof və kimyaçı alim, tarixdəki ən böyük riyaziyatçı və alimlərdən biri olan İsaak Nyutonun prinsipləri nəşr olunub.

Leonardo da Vinçi - Sputnik Azərbaycan
İntibahın "azərbaycanlı" dahisi

İsaak Nyuton Yuli təqviminə görə, 25 dekabr 1642-ci il tarixində Likolnşir qraflığında, Qrentem şəhəri yaxınlığında yerləşən Vulstrop (ing. Woolshrope) adlı kiçik bir kənddə xırda fermer ailəsində doğulub. Onun atası İsaak Nyuton (1606-1642) doğulmasına 3 ay qalmış vəfat edib.

Körpə vaxtından qabaq doğulduğundan həddən artıq zəif olub. Çoxları onun yaşayacağına inanmırdı. Əfsanəyə görə, onu qoyun dərisindən tikilmiş əlcəyə qoyublar, o, bir dəfə yerə düşüb və başı əzilib. O, uzun müddət xaç suyuna salınmamışdır. Nəhayət, bir müddət keçəndən sonra 1 yanvar tarixində xaç suyuna salınmış və körpənin adını atası İsaakın şərəfinə adlandrılıb.

1689-cu ildə anası yatalaq xəstəliyindən vəfat edib. Son günlərində gecə-gündüz anasının yanında olan alim özü ona dərman verib, müxtəlif dərmanlar hazırlayıb, anasına hər hansı xəstə baxıcısından daha yaxşı qulluq edib. Lakin anasının həyatını xilas etmək mümkün olmayıb və bu itki böyük alimi dərindən sarsıtmışdı. Və ehtimal olunur ki, bu faciə onun sonradan əsəb xəstəliyi keçirməsinə səbəb olub.

Daimi əsəbi və zehni gərginlik onunla nəticələndi ki, 1692-ci ildə Nyuton yatağa düşdü. Onun bu vəziyyətə düşməsinə baş vermiş yanğın nəticəsində bütün əlyazmalarının məhv olması da səbəb ola bilərdi. Hər zaman maddi çətinlik hissi şübhəsiz ki, onun xəstəliyinin digər səbəblərindən biri idi. Buna görə də İsaak Nyuton Kembricdə professor vəzifəsində işləməklə yanaşı, həm də zərbxanada nəzarətçi kimi işləməli olub.

Nizami Gəncəvi - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Dahi Azərbaycan şairinin xatirəsi anılıb

Dahi fizik 20 mart 1727-ci il (və ya 31 mart 1727-ci il) tarixində Londonda vəfat edib. O, İngiltərənin görkəmli şəxsiyyətlərinin dəfn olunduğu Vesminster abbatlığında torpağa tapşırılıb. Onun dəfn günü ölkədə milli matəm elan olunub.

Nyutonun elmi yaradıcılığı fizikanın inkişaf tarixində müstəsna rol oynayıb. Eynşteyn onun haqqında demişdi: "Nyuton ilk dəfə təbiətdə gedən prosesləri yüksək dərəcədə dəqiqlik və bütün təfərrüatları ilə müəyyən edən elementar qanunları kəşf etməyə cəhd etmiş alimdir".

Beynəlxalq Vahidlər Sistemində qüvvə vahidi onun şərəfinə nyuton adlandırılıb. Onun elmi inqilabın başverməsində və heliosentrizmin inkişafinda böyük rolu olub. İlk dəfə olaraq elmə Yerin cazibə qüvvəsi anlayışını daxil edib. Nyutonun məşhur əsərlərindən biri "Natural fəlsəfənin riyazi başlanğıcı" əsəridir.

Xəbər lenti
0