BAKI, 1 iyul — Sputnik. SPAR və "Araz" supermarketlər şəbəkəsi tərəfindən öz müştəriləri üçün təşkil edilən "MÖHTƏŞƏM 100 GÜN" adlı stimullaşdırıcı lotereyasının qalibləri məlum olub. Paytaxtın Alov Qüllələr kompleksində, Fairmont otelində baş tutan final mərhələsində, lotereyada tiraj komissiyasının şahidliyi ilə "Kristal Abşeron"dan 1 ədəd 2 otaqlı tam təmirli mənzil, 3 ədəd "Toyota Bakı Mərkəzi"ndə avtomobil (Prado, Camry, Corolla), "Bakı Electorincs"dən müxtəlif növ məişət texnikalarından ibarət hədiyyələr olmaqla ümumilikdə 134 hədiyyə oynanılıb.
Öncə 5 ədəd soyuducu, ardınca 5 ədəd paltaryuyan, 5 ədəd telvizor, 10 ədəd planşet, 15 ədəd telefon və 20 ədəd tozsoran öz sahibini tapıb. Uduşlu tirajda İlyasova İradə Ərşad qızı "Toyota Corolla", Dadaşova Sevil Bilal qızı "Toyota Camry", Ömərov Azər Nüsrət oğlu "Toyota Prado" avtomobilini, Mikayılzadə Aydan Firuz qızı "Kristal Abşeron" şirkətinin Xırdalandakı yaşayış kompleksindən 2 otaqlı mənzili qazanıb.
Canlı yayımda əsas qaliblər ilə əlaqə saxlanılaraq onlara Araz və Spar marketlərin stimullaşdırıcı lotereyasının qalibləri olduqları xəbəri verilib. Əsas hədiyyələrin qalibləri müəyyən edildikdən sonra 40 fen və 30 ütü də oynanılıb.
Qeyd edək ki, lotereya oyununun şəffaf keçirilməsinin təmin edilməsi məqsədilə "Araz" marketlərində yerləşdirilən lotereya qutularının ağzı öncədən möhürlənərək xüsusi çəkiliş qurupları ilə 30 iyun tarixində "Fairmont" oteldə komissiya üzvlərinin iştirakı ilə lototrona boşaldılmışdı. "Möhtəşəm 100 gün" lotereyasının şərtlərinə görə "Araz" və SPAR marketlər şəbəkələrində 17 mart-24 iyun tarixləri aralığında hər 20 manatlıq alış-veriş edən müştəri bir ədəd kupon-lorereya qazanırdı.