BAKI, 26 mar — Sputnik. Almaniya vətəndaşı, Şimali Reyn-Vestfaliya sakini “Eurojackpot” lotereyasında 76, 8 milyon avro qazanıb.
“Spiegel” jurnalının verdiyi məlumata görə, bu, “Eurojackpot”-un keçirildiyi tarixdə ikinci ən böyük uduşdur.
Lotereyada ən böyük uduş 2015-ci ildə qeydə alınıb. O zaman Çexiya vətəndaşı 90 milyon avro udub.
Qeyd edək ki, “Eurojackpot” lotereyası Avropanın 17-də ölkəsində keçirilir.