Yeni Baş nazir qadın ola bilər

© Photo : Getty ImagesBöyük Britaniyanın daxili işlər naziri Tereza Mey
Böyük Britaniyanın daxili işlər naziri Tereza Mey - Sputnik Azərbaycan
Abunə olmaq
Xanım siyasətçi üç səbəbə görə namizəliyini irəli sürüdüyünü vurğulayıb: "Ölkəmizin gələcəyinə cəsur, müsbət və yeni yanaşmalar lazımdır"

BAKI, 30 iyun — Sputnik. Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının daxili işlər naziri Tereza Mey baş nazir postuna namizədliyini irəli sürüb. Sputnik xəbər verir ki, bu barədə "İndependent" qəzeti məlumat yayıb.

Boris Conson - Sputnik Azərbaycan
Böyük Britaniyanın yeni Baş naziri olacaq adam əslən türk çıxdı

Qəzetin xəbərinə görə, Tereza Mey qatıldığı konfranslardan birində belə deyib: "Mühafizəkarlar Partiyasının lideri və Britaniyanın baş naziri olmaq uğrunda mübarizəyə başlayacağam".

Xanım siyasətçi üç səbəbə görə namizəliyini irəli sürüdüyünü vurğulayıb: "Referendumdan sonra ölkəmizin etibarlı və güclü rəhbərliyə ehtiyacı var, partiya və dövlətimizi birləşdirəcək rəhbərliyin olması vacibdir, ölkəmizin gələcəyinə cəsur, müsbət və yeni yanaşmalar lazımdır".

© İllüstrasiya/independent.co.ukBritaniyada keçiriləcək baş nazirin seçkilərinin favoritləri
Britaniyada keçiriləcək baş nazirin seçkilərinin favoritləri - Sputnik Azərbaycan
Britaniyada keçiriləcək baş nazirin seçkilərinin favoritləri

Qeyd edək ki, iyunun 23-də Britaniyanın Avropa İttifaqında qalıb-qalmaması məsələsi ilə bağlı referendum keçirilib. Həmin referendumda seçicilərin 51,8 faizi ittifaqdan çıxmağın, 48,2 faizi isə qalmağın lehinə səs verib.

Bu siyasi kampaniyanın nəticəsi elan olunduqdan sonra hazırkı baş nazir Devid Kameron üç ay ərzində öz və hökümətinin istefa verəcəyini bildirmişdi. Birləşmiş krallıqda Baş nazirin sentyabrın 2-də seçilməsi nəzərdə tutulub. 

Xəbər lenti
0