BAKI, 30 iyun — Sputnik. İstanbul Atatürk Hava Limanında 41 nəfərin ölümü, 239 nəfərin də yaralanmasına səbəb olan terror aktını törədən kamikadzelərin milliyyətinə dair növbəti iddia ortaya atılıb.
Dağıstan əsilli Rusiya vətəndaşı olan terrorçunun Fatihdə kirayəyə götürdüyü evdə pasportunu qoyduğu və bu pasport ilə təxminən 1 ay əvvəl Türkiyəyə daxil olduğu bəlli olub.
Xatırladaq ki, daha əvvəl terrorçularun tacik əsilli olmalarına dair məlumat yayılmışdı. Bildirilirdi ki, Tacikistan əsilli üç "canlı bomba"nın fotoşəkili ələ keçirilib.
Onların öncə bir polisi vurması, bunda sonra hərəkətə keçdikləri aydın olub. Hadisə zamanı qaçan "canlı bomba"lardan biri daha sonra özünü partladıb.
Sputnik milliyet-ə istinadla xəbər verir ki, terrorçular hava limanına taksi ilə gəliblər və birbaşa yuxarı qatdakı xarici sərnişinlər salonuna yönəliblər.