BAKI, 30 iyun — Sputnik. İstanbulda Atatürk Beynəlxalq Hava Limanını qana boyayan terrorçular tacik əsilli imiş. Belə ki, Tacikistan əsilli üç "canlı bomba"nın fotoşəkili ələ keçirilib.
Onların öncə bir polisi vurması, bunda sonra hərəkətə keçdikləri aydın olub. Hadisə zamanı qaçan "canlı bomba"lardan biri daha sonra özünü partladıb.
Sputnik milliyet-ə istinadla xəbər verir ki, terrorçular hava limanına taksi ilə gəliblər və birbaşa yuxarı qatdakı xarici sərnişinlər salonuna yönəliblər.