ABŞ Türkiyə ilə bağlı radikal addım atacaq

© AFP 2024 / JOHAN ORDONEZABŞ əsgərləri
ABŞ əsgərləri - Sputnik Azərbaycan
Abunə olmaq
Qərar hərbi personalın Türkiyədə vəzifə müddətinin 2 ildən 1 ilə endirilməsini və əsgərlərin öz ailələrini bərabərində götürməməsini nəzərdə tutur

BAKI, 30 iyun — Sputnik. ABŞ hökuməti Türkiyədə xidmət edən amerikalı hərbçi və diplomatların yaxınlarının onları müşayət etməsini birdəfəlik qadağan etməyə hazırlaşır. Bu barədə açıqlama verən Pentaqondakı mənbə, sözügedən qərarın Türkiyədə mövcud olan təhlükəsizlik problemi ilə izah edib.

ABŞ prezidenti Barak Obama - Sputnik Azərbaycan
Obama: "İstanbul terroru bütün insanlığa qarşı törədilib"

Sputnik "İhlas" agentliyinə istinadla xəbər verir ki, bu qərar İstanbul Atatürk Beynəlxalq Hava Limanında törədilən terror aktından əvvəl gündəmə gəlib. Adının açıqlanmasını istəməyən yüksək vəzifəli hərbçi deyib ki, bu dəyişiklik Türkiyədə təhlükəsizlik vəziyyətinin pisləşməkdə davam etdiyini əks etdirir.

ABŞ Müdafiə Nazirliyi tərəfindən həyata keçirilməsi gözlənilən dəyişiklik, hərbi personalın Türkiyədə vəzifə müddətinin 2 ildən 1 ilə salınması və əsgərlərin öz ailələrini bərabərində götürməməsini nəzərdə tutur. Ancaq nəzərdə tutulan dəyişiklik səfirlər və təhlükəsizlik personalına şamil edilməyəcək.

Hazırda Türkiyədə 2200 amerikalı hərbi və mülki şəxs xidmət edir ki, bunlardan 1500-ü İncirlik hərbi hava bazasında çalışır.

Xəbər lenti
0