BAKI, 30 iyun — Sputnik. "İstanbul hava limanındakı terror aktı bütün dünya insanlarına qarşı törədilib". Sputnik Daily Mail-ə istinadən xəbər verir ki, bunu Birləşmiş Ştatlar prezidenti Barak Obama türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefon söhbəti zamanı deyib.
"Barak Obama İstanbul hava limanında törədilən terror aktı ilə bağlı başsağlığı vermək və ABŞ-ın Türkiyə ilə həmrəy olduğunu təsdiq etmək üçün prezident Ərdoğanla telefonda danışıb", — deyə Ağ Evdan yayılan məlumatda bildirilir.
Xatırladaq ki, iyunun 28-i axşam saatlarında Atatürk Beynəlxalq Hava Limanında baş vermiş dəhşətli terror aktında 41 nəfərin həyatını itirin, 239 nəfər yaralanıb.