Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

"İndi Türkiyədə vəziyyət elədir ki, kim istəsə, bomba partlada bilər"

© REUTERS / Ismail Coskun/IHLAS News Agencyİstanbul terroru
İstanbul terroru - Sputnik Azərbaycan
Abunə olmaq
Qardaş ölkədə təhlükəsizlik sistemindəki boşluqlar və xarici qüvvələrin fəallaşması əhalini ciddi narahat etməyə başlayıb

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 29 iyun — Sputnik. "Türkiyənin hüquq mühafizə orqanları bacardığı qədər terror hadisələrinin qarşısını almağa çalışır. Amma adından da göründüyü kimi, terror elə bir hadisədir ki, nə qədər təhlükəsizlik qorunsa da, baş verir".

Bunu Sputnik-ə açıqlamasında, İstanbuldakı Türkiyə-Azərbaycan Dərnəyinin (İSTAD) sədri Səfər Qaraqoyunlu deyib. "İstanbul 18 milyonluq bir şəhərdir və hər kəsi bir-bir yoxlamaq mümkün deyil", — deyə Qaraqoyunlu bildirib.

© Photo : STRSəfər Qaraqoyunlu, İstanbuldakı Türkiyə-Azərbaycan Dərnəyinin sədri
Səfər Qaraqoyunlu, İstanbuldakı Türkiyə-Azərbaycan Dərnəyinin sədri  - Sputnik Azərbaycan
Səfər Qaraqoyunlu, İstanbuldakı Türkiyə-Azərbaycan Dərnəyinin sədri

Onun sözlərinə görə, terror xarici qüvvələrin dəstəyi ilə həyata keçirilən planlı bir aktdır: "Türkiyə nə zaman sağlam, dəyərli bir qərar versə, güclü bir addım atsa, bu, kimlərisə narahat etməyə başlayır və belə hadiələr baş verir. Biz Türk xalqı olaraq bu hadisələri qınayırıq. Və demək istəyirik ki, belə hadisələr bizi yolumuzdan döndərməyəcək".

S. Qaraqoyunlu hesab edir ki, bu hadisələri Türkiyənin inkişafını istəməyən qüvvələr həyata keçirir: "Xüsusilə Avropa bu mövzuda daha fəaldır. Terrorun milləti, irqi yoxdur. Yəni bu, hamının başına gələ bilər. Artıq burada sakitlikdir, uçuşlar bərpa edilməyə başlayıb. Bir az internetdə problem var. Bu da ondan irəli gəlir ki, hamı məlumat almaq üçün internetdən istifadə edir, yüklənmə var".

"Biz mətanətli olmağa çalışmalıyıq. Türk dövlətinin bu günündən və gələcəyindən narahat olan güclər bu addımı atır. Bilirsiniz, İsrail Tükiyədən üzr istədi, biz Rusiya ilə bağlarımızı yenidən bərpa etməyə çalışırıq", — deyə İSTAD rəhbəri bildirib.

Qaraqoyunlu baş verən terror hadisəsində ölən və yaralananlar içərisində Azərbaycan vətəndaşı olmadığını da qeyd edib: "Çünki həmin saatlarda enməli olan Azərbaycan təyyarəsi yarım saat gec enib və azərbaycanlılar heç bir sıxıntı yaşamayıblar".

© Photo : STRRəcəb Akyürək, Türkiyəli hüquqşünas
Rəcəb Akyürək, Türkiyəli hüquqşünas  - Sputnik Azərbaycan
Rəcəb Akyürək, Türkiyəli hüquqşünas

Türkiyəli hüquqşünas Rəcəb Akyürək isə, Sputnik-ə açıqlamasında, sözügedən terror aktlarını İŞİD və digər radikal terror təşkilatlarının törətdiyini bildirib: "Amma maraqlı bir məqam var ki, nə zaman bu dövlətin sıxıntısı olarsa, terror hadisələri baş verir. Mən düşünürəm ki, bu terror hadisələri gündəmi dəyişdirməyə xidmət edir".

"Türkiyədə o qədər terror hadisələri baş verir ki, artıq biz terrora alışmışıq. Bu hadisələr heç kimin vecinə deyil. Sadəcə qalxıb, terroru qınayırlar, vəssalam. Buna görə də terrorçular Türkiyədə istədikləri kimi "at oynada" bilirlər", — hüquqşünas bildirib.

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) direktoru Con Brennan - Sputnik Azərbaycan
ABŞ kəşfiyyatının şefindən qorxulu Türkiyə açıqlaması

Türkiyənin Suriya və cənub istiqamətində 1500 km-dən çox sərhədinin olduğunu xatırladan Akyürək qeyd edib ki, bu sərhədlər terrorçuların nəzarəti altındadır: "İndi Türkiyədə vəziyyət elədir ki, hansı dövlət istəsə, Türkiyədə bomba partlada bilər. Təhlükəsizlik qurumlarımız dağılmış vəziyyətdədir".

Qeyd edək ki, dünən axşam saatlarında Türkiyənin İstanbul şəhərinin Atatürk Beynəlxalq Hava Limanında iki partlayış hadisəsi baş verib. Son məlumatlara görə, baş vermiş terror aktı zamanı ölənlərin sayı 41 nəfərə çatıb. 147 nəfər də yaralanıb.

Xəbər lenti
0