Miqrantlar Avropa cəmiyyətini parçalayır

© rambler.ruMiqrantlar
Miqrantlar - Sputnik Azərbaycan
Abunə olmaq
Böyük Britaniyada 18, Fransada 28, Almaniyada isə 35 faiz əhali isə bu fikirlə razılaşmır

BAKI, 28 iyun — Sputnik. Sputnik.Rəy sorğusunun nəticələrinə görə, Fransa (68%), Almaniya (61%) və Böyük Britaniya (60%) əhalisinin çoxu miqrantların cəmiyyəti parçaladığını düşünür. Səbəb kimi onların Avropa dəyərlərinə yiyələnmədikləri göstərilir. 

Məlumatlar Fransanın məşhur "Ifop" və Böyük Britaniyanın "Populus" sorğu şirkətləri tərəfindən, Sputnik informasiya agentliyi və radiosunun sifarişi ilə keçirilmiş sorğunun nəticəsində əldə edilib.

Mehmet Fatih Öztarsu, Türkiyənin “Strategic Outlook” analitik mərkəzinin həmsədri - Sputnik Azərbaycan
TƏHLİL
"O zaman Avropa milyonlarla miqrantı qarşılamağa hazır olsun"

"Miqrantlar Avropa dəyərlərinə və yaşayış tərzinə yiyələnməyə çalışmadıqlarından, miqrasiya cəmiyyəti parçalayır, ifadəsi ilə razısınızmı?" sualına cavab olaraq, fikri alınanların Böyük Britaniyada 18, Fransada 28, Almaniyada isə 35 faizi bununla razı olmadığını bildirib. Sorğu iştirakçılarını Almaniya və Fransada 4, Böyük Britaniyada isə 22 faizi bitərəf mövqe sərgiləyib.

Böyük Britaniyada sorğu "Populus" şirkəti tərəfindən 15-21 aprel 2016-cı il tarixlərində keçirilib. Fransa və Almaniyada sorğunu "IFop" şirkəti 14-18 aprel 2016-cı il tarixlərində keçirib. Cəmi rəy sorğusunda 3042 nəfər iştirak edib: Almaniyada 989 nəfər, Fransada 1008 nəfər, Böyük Britaniyada 1045 nəfər. Ölkə üzrə məlumatlarda səhv, maksimum 3,1% təşkil edə bilər, etibarlılıq ehtimalı 95%-dir.

Sputnik.Rəy layihəsi haqda

İctimai rəyin öyrənilməsi üzrə bu beynəlxalq layihə 2015-ci ilin yanvarından start götürüb. Layihənin tərəfdaşları kimi məşhur tədqiqat şirkətləri Populus, Forsa və Ifop çıxış edirlər. Layihə çərçivəsində ən aktual məsələlər üzrə mütəmadi olaraq Avropa və ABŞ-da soğular aparılır.

Sputnik (sputniknews.com) — onlarla ölkədə informasiya və multimediya bölmələri fəaliyyət göstərən xəbər agentliyi və radiodur. Sputnik 30 dildə saytları, analoq və rəqəmsal radioyayımı, mobil tətbiqləri və sosial şəbəkələrdə səhifələri özündə birləşdirir. Sputnik xəbər lentləri abunəçilər üçün gün boyu ingilis, ərəb, ispan və çin dillərində çıxır.

Xəbər lenti
0