Böyük yanğın üçün kiçik qığılcım

© AP PhotoBirinci dünya müharibəsi. Britaniya ordusunun qərb cəbhəsində hücumu. 1917-ci il
Birinci dünya müharibəsi. Britaniya ordusunun qərb cəbhəsində hücumu. 1917-ci il - Sputnik Azərbaycan
Abunə olmaq
102 il əvvəl baş vermiş bir hadisə Birinci Dünya Müharibəsinin başlanması üçün bəhanə olub

BAKI, 28 iyun — Sputnik. 1914-cü ilin bu günü Avtriya-Macarıstan imperiyası taxt-tacının vəliəhdi Frans Ferdinand serb terrorçusu Qavrilo Prinsip tərəfindən Sarayevoda qətlə yetirildi. Və iyunun 28-də baş vermiş bu hadisə edilməsi Birinci Dünya Müharibəsinin (BDM) başlanması üçün bəhanə oldu.

BDM (d. 28 iyul 1914 — ö. 11 noyabr 1918) — bəşəriyyət tarixində İkinci Dünya Müharibəsinə (İDM) qədərki ən böyük müharibədir. Bu adlandırma İDM-dən sonra istifadə edilməyə başlanıb, iki dünya müharibəsi arasındakı dövrdə isə Qərbdə "Böyük müharibə" (ing. The Great War, fr. La Grande guerre) və ya "Dünya müharibəsi" adlandırılıb.

Sultan I Əbdülməcid, Böyük Britaniya və Şimali İrlandiya kraliçası Viktoriya və Fransa dövlətinin rəhbəri Napoleon - Sputnik Azərbaycan
İngilislər Osmanlını Rusiya ilə müharibəyə necə təhrik etdilər?

Bu müharibəyə iki alyansda birləşən, dünyanın ən böyük güc mərkəzləri qoşulmuşdu: "Antanta"da İngiltərə, Fransa və Rusiya, "Üçlər ittifaqı"nda isə Almaniya, Avstriya-Macarıstan və İtaliya (1915-ci ildə Antantanın tərəfinə keçir) var idi. Lakin Avstriya-Macarıstan saziş əleyhinə yolverilməz hərəkətlər etdi, İtaliya da müharibə başlananda Almaniya və Avstriya-Macarıstana qoşulmaqdan imtina etdi.

Nəticədə 70 milyondan artıq hərbçi (onların 60 milyonu avropalı idi) dünyanın ən böyük müharibələrindən birinə səfərbər edildi. 10 milyona yaxın əsgər öldü, əsasən silahlardakı texniki tərəqqinin olması, onların mobilliyi ölümlərin sayını daha da artırırdı.

BDM 1918-ci ilin 11 noyabrında Almaniyanın təslim olması ilə sona çatdı. Rusiyada 1917-ci ilin fevral ayında baş vermiş burjua-demokratik inqilabı nəticəsində monarxiya devrildi. Oktyabrda isə bolşeviklər dövlət çevrilişi edərək hakimiyyəti ələ aldılar.

3 mart 1918-ci ildə Brest-Litovskda Almaniya və İttifaq Dövlətləri ilə sülh bağladılar. 1918-ci ilin mayında Rumıniya "İttifaq dövlətləri" ilə sülh bağladı. 1918-ci il oktyabrın 30-da Osmanlı, noyabrın 3-də Avstriya-Macarıstan, noyabrın 11-də isə Almaniya təslim oldu. Beləliklə, müharibə İttifaq dövlətlərinin məğlubiyyəti ilə başa çatdı.

Xəbər lenti
0