İngilislər Osmanlını Rusiya ilə müharibəyə necə təhrik etdilər?

© Wikipedia / Public DomainSultan I Əbdülməcid, Böyük Britaniya və Şimali İrlandiya kraliçası Viktoriya və Fransa dövlətinin rəhbəri Napoleon
Sultan I Əbdülməcid, Böyük Britaniya və Şimali İrlandiya kraliçası Viktoriya və Fransa dövlətinin rəhbəri Napoleon - Sputnik Azərbaycan
Abunə olmaq
25 iyun 1861-ci ildə Osmanlı Sultanı I Əbdülməcidin vəfat edib

BAKI, 25 iyun — Sputnik. Osmanlı Sultanı I Əbdülməcid 1823-cü ildə anadan olub. Atası II Mahmudun 1 iyul 1839-cu ildə vəfatından sonra, hələ 16 yaşında ikən Osmanlı taxtına çıxdı.

Sultan Əbdülməcid taxta çıxdığında Osmanlı dövləti daxili və xarici böhranlarla qarşı-qarşıya idi. Osmanlı ordusu Nizipdə Məmməd Əli Paşa qüvvələrinə məğlub olmuşdu. İki gün sonra da xain Fəvzi Əhməd Paşa Osmanlı donanmasını Misirə aparıb təslim etdi.

İngilislər bu sırada Osmanlı taxtında dövlət idarəsində təcrübəsiz bir sultan olduğunu fürsət bilərək hərəkətə keçdilər. Osmanlı dövlətinə tam dəstək olmaq vədiylə Mustafa Rəşid Paşanı sədrəzəmliyə gətirtdilər. Paris və Londonda səfirlik edən Rəşid Paşa, bu müddət içərisində aldadılaraq şantaj edilmişdi. Necə ki iqtidara gəlir gəlməz ilk işi Tənzimat Fərmanını elan etmək oldu. (3 noyabr 1839). Osmanlı dövlətinin məhv dövrünə hesablanmış Tənzimat Fərmanı dövlətə və millətə çox baha başa gəldi.

Mustafa Rəşid Paşa və yetişdirmələrinin Osmanlı dövləti içində təxribatı qısa zamanda reallaşdırdığını görən ingilislər, Misir məsələsinin həllindən sonra Osmanlı dövlətinin başına yeni narahatlıqlar açmağa başladılar. Mustafa Rəşid Paşa, ingilis və rransız dəstəyi ilə 4 oktyabr 1853-cü ildə Rusiyaya hərb elan etdi. Ancaq Osmanlı dövləti, Rusiya ilə döyüş edərkən, ingilislər dünyadakı ikinci böyük islam dövləti olan Gürganiye dövlətini yıxdılar. Hindistan, İngilislərin müstəmləkəsi vəziyyətinə gəldi.

Halit Ergenc Sultan Süleyman rolunda - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
"Sultan Süleyman" yenə tarix yazacaq

Sultan Əbdülməcid qərblilərin islamiyyəti məhv hərəkətini çox gec anladı. Rəşid Paşanı vəzifəsindən uzaqlaşdırdı. 1853-55-ci illərdə Rusiya ilə olan Krım hərbi müvəffəqiyyət ilə nəticələnməsinə baxmayaraq, döyüş xərcləri xarici borclara səbəb oldu. Osmanlı dövlətinin döyüşü qazanmasında rol oynayan İngiltərə və Fransa, dövlət içində yeni islahatlar istədilər.

Rəşid Paşanın yetişdirməsi Əli Paşanın İngilis və Fransız elçiləri ilə ortaq şəkildə hazırladıqları İslahat Fərmanı 1856-cı ildə elan edildi. Fərmanın tətbiqi bir çox yerdə böyük reaksiya verdi. 1858-ci ildə Ciddədə qiyam baş verdi. Əflak, Boğdan və Karadağda müstəqillik hərəkətləri başladı. Dövlətin içinə düşdüyü faciəvi vəziyyət səbəbiylə, kədərindən vərəmə tutulan Sultan Əbdülməcid, 25 iyun 1861-ci ildə vəfat etdi.

Xəbər lenti
0