ELM

Təhsil pillələrini bu qədər uzatmağın nə mənası var?!

© Sputnik / Oleg Lastochkin / Mediabanka keçidTələbələr
Tələbələr - Sputnik Azərbaycan
Abunə olmaq
Bakalavr pilləsinin tam ali təhsil hesab olunmaması və bunun üçün magistr mərhələsinin vacib hesab olunması ictimaiyyətdə birmənalı qarşılanmır

BAKI, 28 iyun — Sputnik. Təhsilin bakalavr, magistr, doktorant kimi pillələri var ki, Azərbaycanda bunların sadəcə birinə yiyələnməklə tam ali təhsil almış hesab olunmur. Bəs, qanunvericiliklə əksini tapmış bu tələb vətəndaşlar tərəfindən necə qarşılanır? Təhsil pillələrini bu qədər uzatmaq ölkə təhsilinə nə qazandırır? Yaxud, bakalavrda öyrənmədiyimiz nəyi magistratura pilləsində öyrədirlər?

Azərbaycan ordusunun əsgərlərinin and içmə mərasimi. Arxiv şəkli - Sputnik Azərbaycan
Elm və təhsil dalınca gedənlərə hərbi xidmətdən möhlət verildi

Sputnik-in əməkdaşı bu suallara cavab tapmaq üçün bəzi magistrlarla həmsöhbət olub.

Kamal Yaşar — rejissorluq ixtisası üzrə magistr təhsili alır: "Magistr təhsilində əlavə nəsə mənimsəyəcəyimi düsünürdüm. Amma bu, baş vermədi. Təxminən keçdiklərimizi yenidən xatırlatma və əlavə yüklənmələr baş verdi. Onsuz da bakalavr təhsilində də catışmazlıqlar var. Mən rejissorluq təhsili alıram. Bakalavrda mənə marketinq tədris edirdilər. Və bənzər fənnlər tədris olunurdu. Hansı ki, əlavə yükdən başqa bir şey deyildi. Magistr təhsilində də həmçinin".

Əli Cəfərov — MBA proqramı üzrə magistr təhsili alır: "Mən əslində heç magistr pilləsini oxumaq istəmirdim. İndiki şəraitdə heç işimlə də alınmır. Sadəcə olaraq mən marketinq, maliyyə kimi sahələrə maraqlıyam və bu istiqamətə yönəlmək istəyirəm. Bu səbəbdən fikirləşirdim ki, hər hansı güclü kurslara gedərəm, amma qəbulun nəticələrini gözləyirdim. Çünki təhsil almaq istədiyim istiqamətlərin hamısı bu MBA proqramında birləşir. Ona görə oxumaq qərarını verdim. Həm də magistr pilləsini oxumaq mənə vaxt qazandırır. İki il ingilis dilini təkmilləşdirəcəm".

Asim Nazimoğlu — Xanəndəlik üzrə magistr təhsili alıb: "Magistr pilləsi mənə yaxşı dostlar qazandırdı. Müəllimlərimizdən çox razıyam. Təhsilimi doktorantura pilləsi ilə davam etdirmək istəyirəm.
Magistraturada oxuduğum zaman savadımı bir az da olsa, artırdım. Doktorant olub fəlsəfə doktoru adını qazanmaq istəyirəm. Öz ixtisasım olan muğamın yaxşı bilicisi olmaq istəyirəm. Amma bu ölkədə bu sənətdə bilici kimi çörək pulu qazanmaq da mümkün deyil. Qazanc mənbələri qastrollar və toylardır".

Orta məktəb şagirdləri dərs zamanı - Sputnik Azərbaycan
ELM
Təhsil Nazirliyinin qərarı kütləvi narazılığa səbəb olub

Səbinə Hüseynova — Politologiya ixtisası üzrə magistr təhsili alıb: "Mən magistraturanı 1999-cu ildə bitirmişəm. Amma bu diplomu heç vaxt işlətməmişəm. Bizim zamanlarda təhsil yüksək səviyyədə idi. Müəllimlər güclü idi. İndi belə deyil, əvvəlki müəllimlərin tələbkarlığı indiki müəllimlərdə yoxdur. İxtisasım üzrə işləməmişəm".

Vüqar Baba — Jurnalistika və media menecment üzrə magistr təhsili alıb: "Jurnalistika sahəsi üzrə bakalavr təhsili almışam. Bu peşəyə sevgim və həvəsim də oxuyarkən yaranıb. Fakütləyə girəndə elə bir önəmi yox idi. Amma təhsil aldığım müddətdə bu peşəni sevdim. Və bakalavrı bitirdikdən sonra bu sahə üzrə biliyimi daha da artırmaq istədim. İşimin peşəkarı, mütəxəssisi olmaq üçün. Kiçik bir araşdırma ilə Azərbaycandakı universitetlərin jurnalistika fakültələrinin magistr dərəcələrinin istənilən keyfiyyətdə olmadığını öyrəndim. Bakalavrlardan çox da fərqlənmir. Bu səbəbdən xaricdə oxumaq istədim. Tbilisidə yerləşən, ABŞ GIPA proqramı çərçivəsində magistr təhsili aldım".

Xəbər lenti
0