Elm və təhsil dalınca gedənlərə hərbi xidmətdən möhlət verildi

© AR Ministry of DefenceAzərbaycan ordusunun əsgərlərinin and içmə mərasimi. Arxiv şəkli
Azərbaycan ordusunun əsgərlərinin and içmə mərasimi. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
"Hərbi vəzifə və hərbi xidmət haqqında" Qanunda dəyişikliklər edildi.

BAKI, 14 iyun-Sputnik. Milli Məclisin bugünkü növbədənkənar iclasında "Hərbi vəzifə və hərbi xidmət haqqında" Qanunda dəyişikliklərə baxılıb.

Sputnik xəbər verir ki, layihə barədə danışan Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov indiyədək hərbi xidmətə çağırışdan möhlət hüququnun ancaq bakalavriat pilləsində təhsil alanlara verildiyini söyləyib.

Tələbələr mühazirədə - Sputnik Azərbaycan
ELM
Magistr və doktorantlara möhlət verilməməsi ciddi etiraz doğurub
Qeyd edilib ki, indiyədək Azərbaycanda ali təhsil müəssisələrində və onların filiallarında əyani təhsilalma formasında ali təhsil pilləsində (bakalavriat), ali baza tibb təhsili və rezidenturada təhsil alanlara təhsilini bitirənədək, xarici ölkələrin siyahısı Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş təhsil müəssisələrində əyani təhsilalma formasında ali təhsil pilləsində (bakalavriat), tibb təhsili üçün ali baza tibb təhsili və rezidenturada (internaturada) təhsil alanlara müvafiq təhsilini bitirənədək hərbi xidmətə çağırışdan möhlət verilib.

Vurğulanıb ki, bundan sonra ölkəmizdə əyani təhsilalma formasında magistraturada, doktoranturada, xarici ölkələrin təhsil müəssisələrində əyani təhsilalma formasında ali təhsil pilləsinin magistratura və doktorantura səviyyələrində də təhsil alanlara müvafiq təhsilini bitirənədək hərbi xidmətə çağırışdan möhlət veriləcək.

Dəyişiklik səsə qoyularaq qəbul olunub.

Xəbər lenti
0