BAKI, 25 iyun — Sputnik. Zaqatala rayonunun Əliabad qəsəbəsində dəhşətli hadisı baş verib. Sputnik-in bölgə müxbiri xəbər verir ki, qəsəbə sakinləri Zahir İmanovla atası Kərim arasında yaranan mübahisə qanlı sonluqla bitib.
Məlumata görə, öncə ata oğluna balta ilə bir neçə zərbə vurub. Daha sonra oğul baltanı atasından alaraq onun baş nahiyəsinin arxa hissəsinə vuraraq qətlə yetirib.
Zahir İmanov tutularaq istintaqa təhvil verilib. İlkin araşdırma zamanı məlum olub ki, ata oğlunu evdən çıxarmaq istəyib. Onların arasında mübahisə də elə bu səbəbdən yaranıb.
Faktla bağlı Zaqatala rayon Prokurorluğunda cinayət işi başlayıb, araşdırma aparılır. Zahirin əsəb xəstəliyindən əziyyət çəkdiyi bildirilir.