Avropa İttifaqı şotlandlara müstəqillik təklif edir

© AFP 2024 / ERIC PIERMONT Günter Ettinger
Günter Ettinger - Sputnik Azərbaycan
Abunə olmaq
Avropa komissarı: "Əgər Şotlandiya keçirilməsi ehtimal edilən referendumun yekununa görə müstəqil ölkə olarsa və quruma daxil olmağa əsas verən Avropa baza sazişlərindəki şərtləri yerinə yetirərsə, Aİ-yə üzv ola bilər"

BAKI, 25 iyun — Sputnik. "Şotlandiya təkrar referendum keçirərək Böyük Britaniyanın tərkibindən çıxmağın lehinə səs verərsə, Avropa İttifaqının 28-ci ölkəsi ola bilər".  "Report" xəbər verir ki, bu fikri rəqəmsal iqtisadiyyat və cəmiyyət üzrə Avropa komissarı Günter Ettinger "Euronews" telekanalına müsahibəsində deyib. 

Avropa Parlamentinin prezidenti Martin Şultz, Avropa Komissiyasının prezidenti Jan-Klod Yunker və Avropa İttifaqının prezidenti Donald Tusk (soldan sağa) müzakirələr apararkər - Sputnik Azərbaycan
27 ölkədən Britaniyaya: "Dərhal İttifaqı tərk edin!"

"Əgər Şotlandiya keçirilməsi ehtimal edilən referendumun yekununa görə müstəqil ölkə olarsa və quruma daxil olmağa əsas verən Avropa baza sazişlərindəki şərtləri yerinə yetirərsə, o zaman niyə də olmasın?!", — deyə Ettinger bildirib. 

"Ola bilsin ki, Şotlandiya Avropa İttifaqının 28-ci ölkəsi olsun", — deyə o əlavə edib. 

Cümə axşamı Böyük Britaniyada baş tutan referendumda Avrointeqrasiyanın əleyhdarları qalib gəliblər. Britaniyalıların 51,9%-i Birləşmiş Krallığın Avropa İttifaqından çıxmasına səs veriblər, bunun əleyhinə isə 48,1% çıxıb.

Xəbər lenti
0