27 ölkədən Britaniyaya: "Dərhal İttifaqı tərk edin!"

© REUTERS / Francois LenoirAvropa Parlamentinin prezidenti Martin Şultz, Avropa Komissiyasının prezidenti Jan-Klod Yunker və Avropa İttifaqının prezidenti Donald Tusk (soldan sağa) müzakirələr apararkər
Avropa Parlamentinin prezidenti Martin Şultz, Avropa Komissiyasının prezidenti Jan-Klod Yunker və Avropa İttifaqının prezidenti Donald Tusk (soldan sağa) müzakirələr apararkər - Sputnik Azərbaycan
Abunə olmaq
Donald Tusk: "Hər hansı bir gecikmə lüzumsuz spekulyasiyalara səbəb ola bilər. Britaniyanın İttifaqda qalması üçün yeni müzakirələr olmayacaq"

BAKI, 24 iyun — Sputnik. Avropa İttifaqı Şurasının sədri Donald Tusk, şuranın komissiya rəhbəri Jan Klod Yunker, Avropa Parlamentinin rəhbəri Martin Şultz və Hollandiyanın baş naziri Mark Rutte, Britaniyadakı referendumun nəticəsini müzakirə etmək üçün fövqəladə iclas keçirib.

Böyük Britaniya və Avropa İttifaqı bayraqları - Sputnik Azərbaycan
Avropa İttifaqı üçün "ölüm ssenarisi" işə düşür

"Bu müddət ağrılı da olsa, indi Birləşmiş Krallıq hökumətinin xalqın bu qərarını sürətlə yerinə yetirməsini gözləyirik. Hər hansı bir gecikmə lüzumsuz spekulyasiyalara səbəb ola bilər. Britaniyanın İttifaqda qalması üçün yeni müzakirələr olmayacaq", — deyə qurumdan bildirilib.

Sputnik Milliyet-ə istinadən xəbər verir ki, yığıncaqdan sonra açıqlama verən avropalı liderlər hazırkı vəziyyəti gözlənilməz olaraq xarakterizə ediblər: "Bu, gözlənilməz bir vəziyyətdir. Ancaq Aİ 27 üzv olaraq yoluna davam edəcək".

Avropa İttifaqı Şurasının sədri Donald Tusk mətbuata açıqlamasında deyib ki, Britaniyanın İttifaqdan ayrılması üçün lazım olan müzakirələrə hazırdırlar: "Bu müzakirələr tamamlanana qədər, Birləşmiş Krallıq bütün hüquqlar və öhdəlikləri ilə Aİ üzvü olmağa davam edəcək. Bu üzvlük sona çatana qədər, İttifaq qanunları Birləşmiş Krallıqda tam olaraq tətbiq olunmağa davam edəcək".

Xəbər lenti
0