BAKI, 24 iyun — Sputnik. ABŞ Dövlət Departamentinin əməkdaşları bu təşkilatın rəhbərliyinə göndərdikləri məktubda Suriyanın "Yuqoslaviya ssenarisi" üzrə bombalanmasını təklif ediblər. Sputnik xəbər verir ki, bu barədə "New York Times" qəzeti yazıb.
Ötən həftə məlum olub ki, Dəməşqin bombardıman edilməsi çağrışını özündə əks etdirən və daxili istifadə üçün nəzərdə tutulmuş memorandumu amerikalı diplomatlardan 50 nəfəri imzalayıb. Onlar hesab edirlər ki, bu metod İŞİD-lə mübarizə aparmaq və Suriyada sülhə nail olmaq üçün yeganə vasitədir. Departamentin rəsmisi Con Kirbi detalları açıqlamasa da, faktı təsdiqləyib və əlavə edib ki, rəhbərlik hazırda sözügedən sənədi öyrənir.
"Biz hesab edirik ki, hava hücumu və məsafədən idarə olunan silahlardan istifadə etməklə Amerikanın Suriyada aktiv hərbi məmliyyatlara başlaması məqsədyönlü diplomatik səylərin artırılması ilə də müşayət oluna bilər", — qəzetin yazdığına görə məktubda belə qeyd olunub.
Ekspertlərin fikrincə, məsafədən idarə olunan silahlar dedikdə diplomatlar uzaqdan buraxılan qanadlı raketlərə işarə vururlar ki, Suriya ordusunun bunun qarşısında cavab zərbələri mümkünsüzdür. NATO ABŞ-ın rəhbərliyi ilə bu üsuldan 1999-cu ildə Yuqoslaviya əməliyyatları zamanı istifadə edib ki, bunun da nəticəsində, sonradan ölkə hakimiyyəti dialoqa məcbur edilib, hətta Kosovanın müstəqiliyi elan olunub.
"Bəziləri isə hesab edirlər ki, belə addımın atılması regionda güclü mövqeləri olan Rusiya və İranın Suriya ordusuna dəstək verməkdə fallığına səbəb ola bilər ki, bu da öz növbəsində Amerikanının raket zərbələrini neytrallaşdıra bilər", — sənədə şərh verən NYT agentliyinin jurnalisiti Maks Fişer belə yazır.
Ümumiyyətlə, Dövlət Departamenti diplomatlarının məktubu on maddadən ibarətdir və hər bir maddədə ölkədə vətəndaş müharibəsini dayandırmaq üçün Suriyaya hərbi müdaxilənin qaçılmaz olduğu əsaslandırılır. Eyni zamanda qaçqınların öz evlərinə qayıtmaqla humanitar problemin həlli, İŞİD yaraqlıları ilə mübarizənin həlledici fazaya keçirilməsi göstərilir. Onların fikrincə, Amerikanını zərbələri Suriya ordusunun müxalifət qüvvələrinə qarşı hücumlarının qarşısını alacaq ki, bu da "İslam Dövləti" terrorçuları ilə mübarizədə qüvvələrin birləşdirilməsinə yardım edəcək.
Maks Fişer bir vacib məqama diqqət çəkir ki, dağılmış müxalifət qüvvələri belə şəraitdən öz məqsədləri üçün istifadə edəcək ki, bu da gələcəkdə hakimiyyət uğrunda mübarizəyə qoşulma ehtimalı kimi təhlükə meydana çıxaracaq. Belə təcrübə 1992-ci ildə Əfqanıstanda olub, üsyançılar qalib gəldikdən sonra ölkədə uzun illər hakimiyyət uğrunda qanlı vətəndaş müharibəsi davam edib. Həmçinin, 2011-ci ildə Liviyada da oxşar proseslər başlayıb.
Bununla yanaşı, amerikalı diplomatların məktubunda Suriya probleminin həllinin hüquqi aspektləri göstərilməyib. Məlumdur ki, hərbi əməliyyatlara başlamaq üçün Rusiyanın etirazı ucbatından BMT-nin sanksiyasını almaq mümkün olmayacaq. Bundan əlavə, Suriyanın siyasi perspektivləri ilə bağlı Amerikanın müttəfiqləri arasında fikir ayrılıqları qalmaqdadır.
Qəribədir ki, departament işçilərinin məktubu "New York Times" və "The Wall Street Journal" kimi nəşrlərdə yayımlandıqdan sonra, ABŞ xarici siyasət idarəsinin rəhbərliyi səviyyəsində məsələyə münasibət bildirilməyib. Məktub yayımlanan vaxt Norveçdə səfərdə olan dövlət katibi Con Kerrinin "Suriya ilə bağlı Birləşmiş Ştatların artıq səbri tükənib" kimi sərt bəyanat verməsini təsadüf hesab etmək olarmı? Ekspertlər güman edirlər ki, 50 nəfər diplomatın belə memorandumla çıxış etməsi təsadüfi deyil və bu, regionda gedən proseslərin gələcək gedişinə təsir göstərə biləcək nələrinsə baş verəcəyinə işarədir.
Gözlənildiyi kimi, Dövlət Departamenti əməkdaşlarının məktubunu Moskva tənqid edib. Prezidentin mətbuat katibi Dmitriy Peskov açıqlama verib ki, Əsədin zorla hakimiyyətdən devirilməsi regionda xaosa gətirib çıxara bilər.
Rusiya Xarici İşlər Nazirliyi də umidvar olduğunu bildirib ki, Vaşinqton İraqdakı kimi hərbi müdaxilə ilə ölkələrin daxili problemlərini həll etmək cəhdi kimi yalnış addımını bir daha təkrarlamayacaq.
"Birləşmiş Ştatların özünün iştirakı ilə yaradılmış beynəlxalq format BMT sənədlərinə istinad edir ki, orada hərbi gücün tətbiq edilməsi nəzərdə tutlmayıb. Yalnız sülh yolu, yalnız siyasi dialoq", — nazirlik rəsmisi Mariya Zaxarova bildirib.
Oxşar narahatlığı Rusiyanın Müdafiə Nazirliyi də ifadə edib.