Şimali İrlandiya Britaniyadan ayrılmaq istəyir

© AFP 2024 / JUSTIN TALLIS Martin Makginnes. Arxiv şəkli
Martin Makginnes. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Deklan Kirni: "Referendumun nəticələri Britaniya hökumətini Şimali İrlandiyanın maraqlarını təmsil etmək hüququndan məhrum edir. Çünki Şimali İrlandiya vətəndaşları Britaniyanın Aİ-nin tərkibində qalmasını istəyirdi"

BAKI, 24 iyun — Sputnik. "Birləşmiş Krallığın Avropa İttifaqından çıxması, İrlandiya ilə birləşmək üçün referendum keçirməyimizə əsas verir". Sputnik İndependent-ə istinadən xəbər verir ki, bunu Şimali İrlandiyanın mühafizəkar millətçi deputatı Deklan Kirni deyib.

Londonun Parlament meydanında Britaniya İttifaqının və Aİ-nin bayraqları - Sputnik Azərbaycan
Böyük Britaniya Avropa İttifaqından ayrıldı

"Referendumun nəticəsi siyasi vəziyyəti kəskin olaraq dəyişir. İrlandiya ilə sərhədlərimizin birləşməsi üçün referendum səylərimizi artıracağıq", — Kirni bildirib.

Millət vəkili qeyd edib ki, referendumun nəticələri Britaniya hökumətini Şimali İrlandiyanın maraqlarını təmsil etmək hüququndan məhrum edir.
"Çünki Şimali İrlandiya vətəndaşları Britaniyanın Aİ-nin tərkibində qalmasını istəyirdi".

Böyük Britaniyanın Aİ-dən çıxıb-çıxmamasını təyin etmək üçün adada keçirilən referendumun nəticələri açıqlanıb. Bu səhər saat 6-da açıqlanan rəsmi olmayan nəticələrə görə 13 milyon 886 min nəfər Avropa Birliyində qalmağa, 14 milyon 890 min nəfər isə İttifaqdan ayrılmaq lehinə səs verib.

Aİ-dən ayrılmaq istəyənlər 52 % səs çoxluğu ilə qalib gəlib. Birlikdə qalmaq istəyənlərin topladığı səs faizi isə 48 olub.

Xəbər lenti
0