Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

İngilislərin bu qərarı dünya siyasətini yenidən şəkilləndirəcək

© REUTERS / Neil HallLondon sakini Avrpopa İttifaqı ilə bağlı referendumda səs verməyə gedir
London sakini Avrpopa İttifaqı ilə bağlı referendumda səs verməyə gedir - Sputnik Azərbaycan
Abunə olmaq
Britaniyada Avropa İttifaqından çıxıb-çıxmamaqla bağlı referendum keçirilir. Ekspertlərin gözləntilərinə görə, hər iki halda Avropada dəngələr dəyişəcək.

BAKI, 23 iyun — Sputnik. Hazırda Böyük Britaniyanın (BB) Avropa İttifaqında (Aİ) qalıb-qalmayacağını müəyyənləşdirən referendum keçirilir. Səsvermə yerli vaxtla səhər saat 07.00-da başlayıb və axşam saat 22.00-dək davam edəcək.

Böyük Britaniya və Avropa İttifaqının bayraqları - Sputnik Azərbaycan
Bu gün Avropa İttifaqının taleyi həll olunacaq

Referendum dünyada da böyük narahatlıqla qarşılanır. Dünən iqtisadiyyat və siyasət sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilat nümayəndələrindən də xəbərdarlıq gəlib.

Sputnik haberturk-ə istinadla xəbər verir ki, BB-nin baş naziri Devid Kameron, keçən il seçkilərdə seçicilərinə söz verdiyi kimi, ölkənin 43 ildir davam edən Aİ üzvlüyünü bu gün referenduma çıxarıb. Xalq səsvermədə Aİ-dən ayrılmağa "bəli", ya da "xeyr" desə də, Avropa üçün əhəmiyyətli nəticələrə gətirib çıxaracaq. Referendumda hansı nəticə çıxarsa çıxsın, BB və Avropa siyasətində əhəmiyyətli nəticələr doğuracaq. Devid Kameronun siyasi gələcəyi sual altına düşəcək.

"The Sun" qəzeti dünən kraliçanın Aİ-dən ayrılma tərəfdarı olduğunu irəli sürüb. Qəzetin yazdığına görə, kraliçadan referendumla bağlı soruşulduqda "Mənə lütfən BB-nin Aİ-də qalması üçün 3 yaxşı səbəb göstərin" deyib.

BB-də Aİ-dən ayrılma tərəfdarları kampaniya müddətində Türkiyənin Aİ-yə üzv olmasını BB üçün böyük bir təhdid olaraq təqdim ediblər. Aİ tərəfdarı Kameron və digər liderlər də, "Türkiyə Aİ üzvü olmayacaq" deyərək onlara "təskinlik verməyə" çalışırlar.

© Sputnik / Murad OrucovPolitoloq İlqar Vəlizadə
Politoloq İlqar Vəlizadə  - Sputnik Azərbaycan
Politoloq İlqar Vəlizadə

Məsələni Sputnik-ə şərh edən politoloq İlqar Vəlizadə deyib ki, BB Aİ-də həmişə öz siyasəti ilə seçilib: "Məsələn, Şengen Sazişi bağlananda bir çox ölkələr iştirak edirdi, amma BB bu Sazişdən imtina edib. Halbuki bu, çox vacib sənəddir. Eyni zamanda, BB avrodan imtina edib. Aİ-nin xarici siyasətində də BB-nin həmişə fərqli mövqeyi olub".

"Son bir neçə il ərzində BB rəsmiləri, müxalifəti tez-tez Aİ-nin siyasəti ilə bağlı tənqidi fikirlər səsləndirirlər, xüsusilə də Almaniya və onun müttəfiqlərinin apardığı kredit siyasəti ilə bağlı. Onlar Yunanıstanda və digər ölkələrdə böhranın baş verməsini bu siyasətlə əlaqələndirirlər. Hesab edirlər ki, miqrant böhranı da bu qəbildəndir", — siyasi şərhçi bildirib.

Onun fikrincə, Aİ-də indiki böhran Almaniyaya çox pis təsir edəcək: "Çünki, Almaniya avronun təminatçısıdır, aparıcı qüvvədir. Almaniya da əks hücuma keçib ki, BB ittifaqdan çıxmasın".

Politoloq qeyd edib ki, BB Almaniyanın Aİ-də hegemonluğu ilə razılaşmır: "Amma ictimai rəy artıq formalaşıb və tələb edirdi ki, bu referendum keçirilsin. Beləliklə, BB referenduma gəlib çıxıb. Referendumun keçirilməsi həm daxili, həm də xarici amillərlə bağlıdır. Bunun həm BB, həm də Aİ üçün çox ciddi fəsadları ola bilər. BB Aİ-dən ayrılarsa, daxili iqtisadi vəziyyətə çox pis təsir edəcək. Banklar, filiallar bağlanmalıdır və s. Beləliklə, böyük itkilərlə üzləşəcək. Məcbur olacaq ki, Aİ ilə yeni sazişlərə getsin, yeni münasibətlərin formasını seçsin. Bunlar zaman tələb edir".

"Ona görə də BB hökuməti xalqa müraciət edib ki, Aİ-dən ayrılmasınlar. Ayrılma qərarının, eyni zamanda Aİ-yə böyük təsiri olacaq. İmici düşəcək, siyasi böhran daha çox özünü göstərəcək, BB yolu ilə getmək istəyən ölkələrin sayı çoxalacaq, avronun gücü düşəcək. Beləliklə, Aİ-nin iqtisadiyyatı bərbad vəziyyətə düşəcək", — İ. Vəlizadə qeyd edib.

ATƏT-ə sədrlik edən Frank-Valter Ştaynmayer - Sputnik Azərbaycan
"Britaniyalılar ayrılsa, Avropa İttifaqı dağılacaq"
Onun hesablamalarına görə, referendumun özü göstərir ki, Aİ-də çox ciddi siyasi böhran var: "Bu o demək deyil ki, referendum bitdi, hər şey qurtardı. Bu, belə deyil. Ola bilər, Aİ-də siyasi məsələlərə yenidən baxılsın, yeni danışıqlar aparılsın. Referendum bir cızıq qoyub ki, geriyə yol yoxdur, yalnız dəyişmək, ciddi siyasi islahatlara ehtiyac var".

Analitik hesab edir ki, BB Aİ-dən ayrılarsa, dolayısı ilə post-sovet məkanına, burada gedən proseslərə, Qafqazda Aİ-nin siyasətinə təsiri olacaq: "BB Azərbaycanın Avropadakı bir nömrəli tərəfdaşıdır. BB-nin artıq Aİ maraqlarını burada əks etdirməməsi, Azərbaycan-Aİ münasibətlərinə də öz təsirini göstərəcək".

Bütün bunlarla yanaşı, ekspertin fikrincə, bugünkü referendumda Britaniya xalqı Aİ-də qalmağa üstünlük verəcək.

Qeyd edək ki, 50 faiz + 1 səsin verilməsi BB-nin Aİ-dən ayrılıb-ayrılmayacağını müəyyənləşdirəcək.

Xəbər lenti
0