BAKI, 16 iyun-Sputnik. "İyunun 23-də Britaniyada keçiriləcək referendumun nəticəsi mənfi olsa, Avropa İttifaqı dağıla bilər".
Sputnik xəbər verir ki, bu barədə Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer açıqlama verib. Fransalı həmkarı Jan-Mark Eyro ilə görüşən Ştaynmayer jurnalistlərin suallarını cavablandırıb.
"Əgər Britaniya ayrılmağa qərar versə, o zaman Avropa İttifaqı dağıla bilər. Bu, ittifaqın 28 üzvündən hər hansı birinin ayırılması ilə eyni səviyyədə dəyərləndirilməz. Aİ-nin mövcud olması və on illərdir davam edən çox uğurlu inteqrasiya prosesinin yox olmaması üçün birgə səy göstərməliyik. Millətçi meyllərə yenidən qayıtmamalıyıq" — deyə alman nazir qeyd edib.
Xatırladaq ki, iyunun 23-də Britaniyanın Avropa İttifaqında qalıb-qalması ilə bağlı referendum keçiriləcək.