Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

"Olimpiya ümidləri" başladı

Abunə olmaq
150-ə yaxın idmançının iştirak etdiyi yarışın keçirilməsində əsas məqsəd Federasiya ilə müqavilə bağlamış məşqçilərin işinin, onların yetirmələrinin səviyyələrinin yoxlanılmasıdır

BAKI, 23 iyun — Sputnik. İyunun 22-də "Şüa" İdman — Sağlamlıq Kompleksində Stolüstü Tennis Federasiyasının təşkilatçılığı ilə stolüstü tennis üzrə 2006-cı il təvəllüdlü və daha kiçik yaşlı oğlan və qızlar arasında "Olimpiya ümidləri" respublika turnirinə start verilib. Federasiyanın mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, 150-ə yaxın idmançının iştirak etdiyi yarışın keçirilməsində əsas məqsəd Federasiya ilə müqavilə bağlamış məşqçilərin işinin, onların yetirmələrinin səviyyələrinin yoxlanılmasıdır.

Beynəlxalq Stolüstü Tennis Federasiyasının Premium Açıq turniri - Sputnik Azərbaycan
İDMAN
Stolüstü tennisçilərimiz gümüş medal qazanıblar

Turnir şəxsi xarakter daşıyır, dairəvi sistem üzrə və beynəlxalq stolüstü tennis federasiyasının qaydalarına uyğun keçirilir. Turnirin açılışında çıxış edən Azərbaycan Stolüstü Tennis Federasiyasının vitse-prezidenti Fazil Məmmədovun sözlərinə görə, ölkəmizdə idmana göstərilən böyük diqqət və qayğının nəticəsidir ki, bu gün Azərbaycan bir sıra mötəbər tədbirlərlə yanaşı, beynəlxalq idman yarışlarına da ev sahibliyi edir.

Yarışlara iyunun 25-də yekun vurulacaq və qaliblər Azərbaycan Stolüstü Tennis Federasiyası tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılacaq. Turnir çərçivəsində Beynəlxalq Stolüstü Tennis Federasiyasının və Azərbaycan Stolüstü Tennis Federasiyasının birgə təşkilatçılığı ilə keçirilmiş seminarda iştirak edən məşqçilərə beynılxalq sertifikatlar təqdim olunub. 3 dərəcədən ibarət olan bu sertifikatlaların 1-ci dərəcəsini qazanmış Azərbaycan məşqçiləri Beynəlxalq Stolüstü Tennis Federasiyasının məşqçilər siyahısına daxil edilib.

Xəbər lenti
0