Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Qlobal iqlim dəyişikliyinin iki əsas səbəbi

© Sputnik / Murad OrujovSputnik Mətbuat Mərkəzində "İqlim dəyişikliyi: bizi nə gözləyir?" mövzusunda keçirilən mətbuat konfransı
Sputnik Mətbuat Mərkəzində İqlim dəyişikliyi: bizi nə gözləyir? mövzusunda keçirilən mətbuat konfransı - Sputnik Azərbaycan
Abunə olmaq
Karbon qazı insan həyatı üçün oksigen qədər önəmlidir və onun çatışmazlığı immun sistemini zəiflədir. Belə olan halda, insan orqanizmi tez qocalır.

Qlobal iqlim dəyişikliyinin iki əsas səbəbi
BAKI, 22 iyun — Sputnik. Qlobal iqlim dəyişikliyinə, geni dəyişdirilmiş bitkilərin istehsalı və ozon qatında dəliklərin artması səbəb olur. Bunu iyunun 22-də Sputnik Mətbuat Mərkəzində "İqlim dəyişikliyi: bizi nə gözləyir?" mövzusunda keçirilən mətbuat konfransında, Milli Ekoloji Proqnozlar Mərkəzinin rəhbəri Telman Zeynalov deyib.
Qışın son günlərində havaların mülayim keçməsi bəzi meyvə ağaclarının vaxtından əvvəl çiçək açmasına səbəb olub - Sputnik Azərbaycan
CƏMİYYƏT
Anomal iqlim şəraiti məhsuldarlığa zərbə vurur

Onun sözlərinə görə, hazırda qlobal iqlim dəyişikliyi haqda müxtəlif rəylər səslənir: "İndi bütün dünya qısa buz dövründən sonra 1712-ci ildə başlayan qlobal istiləşmədən danışır. Hər bir fəsil üçün il ərzində 3 ay vaxt ayrılıb, lakin onlar indi bir-birilərindən zaman oğurlayır".

T. Zeynalovun fikrincə, bəziləri təbiətdə karbon qazının (CO2) artmasından narahatdır: "Lakin bu, düzgün deyil. Karbon qazı insan həyatı üçün oksigen qədər önəmlidir və onun çatışmazlığı immun sistemini zəiflədir. Belə olan halda, insan orqanizmi tez qocalır".

Ekspertin sözlərinə görə, qlobal iqlim dəyişikliyinin iki əsas səbəbi var: "Birincisi, məhsulların gen dəyişdirilməsi ilə məşğul olan ABŞ-dakı "Monsanto" şirkətinin inkişafıdır. Bu, ABŞ-ın çirkli ekoloji və iqtisadi siyasətidir. Onlar geni dəyişdirilmiş toxumlar istehsal edirlər. Tərkibində ilan və əqrəb geni olan bu toxumlar xüsusi qulluq tələb etmir və hər bir hava şəraitində yaşayır. Lakin bu bitkilər yaşadıqları yerdə iqlimə təsir edirlər, arılar, kəpənək, eləcə də orada bitən digər bitkilər məhv olur. Bu azmış kimi, onlar üçün zəhərli pestisidlər də istehsal edirlər".

Onun sözlərinə görə, iqlim dəyişikliyinin ikinci səbəbi isə ozon qatındakı dəliklərin artmasıdır. T. Zeynalov, həmçinin yeni alternativ enerji mənbələrinin zərərindən danışıb: "Tək külək dəyirmanlarının fəaliyyəti nəticəsində hər il 2-15 milyon quş məhv olur. Bundan başqa, geniş istifadə olunan civə tərkibli işıq lampaları tək ətraf mühitə deyil, həm də insan orqanizminə zərər vurur".

Ekspert xəbərdarlıq edir ki, bu lampalar qırılarkən içərisində olan civə dağılır. İnsan bədənində bu maddənin artması isə xərçəng xəstəliklərinə gətirib çıxarır.

Xəbər lenti
0