CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Anomal iqlim şəraiti məhsuldarlığa zərbə vurur

© Sputnik / Shahperi AbbasovaQışın son günlərində havaların mülayim keçməsi bəzi meyvə ağaclarının vaxtından əvvəl çiçək açmasına səbəb olub
Qışın son günlərində havaların mülayim keçməsi bəzi meyvə ağaclarının vaxtından əvvəl çiçək açmasına səbəb olub - Sputnik Azərbaycan
Abunə olmaq
Əsl problem isə hava soyuduqda baş verir. Yəni aşağı temperaturda çiçəklər zərər görür və nəticədə məhsuldarlıq aşağı düşür. Bəzən isə təbiətin şıltaqlığı, isti və soyuğun bir-birini əvəzləməsi necə deyərlər, ağacları aldadır.

BAKI, 30 mart — Sputnik. Yaz gəlsə də, havalar hələ də soyuqdur. Hətta bəzi dağlıq və dağətəyi bölgələrdə qar yağıb. Qışın son günlərində havaların mülayim keçməsi bəzi meyvə ağaclarının vaxtından əvvəl çiçək açmasına səbəb olub.

Vaxtından xeyli tez çiçək açmış ağac - Sputnik Azərbaycan
CƏMİYYƏT
Kəndlilərin qorxduqları başlarına gəldi

Ancaq sonradan temperaturun aşağı düşməsi həmin ağaclara mənfi təsir göstərib. Son günlərin ara-sıra yağıntılı keçməsi isə məhsul artımını azalda bilir.

Hər şeyin öz vaxtı, öz vədəsi… Elə ağacların çiçək açması da zamanında baş verəndə nəticəsi müsbət olur. Bəzən isə təbiətin şıltaqlığı, isti və soyuğun bir-birini əvəzləməsi necə deyərlər, ağacları aldadır. Yəni yayda bar verən ağaclar havanın isinməsinə aldanıb, çiçək açır.

Əsl problem isə hava soyuduqda baş verir. Yəni aşağı temperaturda çiçəklər zərər görür və nəticədə məhsuldarlıq aşağı düşür. Bu kimi halların qarşısının alınması üçün profilaktik tədbirlərin görülməsi mütləqdir.

© Sputnik / Shahperi AbbasovaÇiçək açmış zoğal ağacı
Çiçək açmış zoğal ağacı - Sputnik Azərbaycan
Çiçək açmış zoğal ağacı

Aqranom Qurban Abbasovun sözlərinə görə, çiçəklərə keçən ildən qalmış bitki qalıqlarından tüstü verilərsə, problem qismən də olsa, aradan qalxar. Aqranom Sputnik-ə açıqlamasında onu da qeyd etdi ki, ümumiyyətlə ağaclara qulluğun ilboyu aparılması lazımdır.

"Bunun üçün bağbanlar qulluq qaydalarını düzgün yerinə yetirməlidirlər. Əks təqdirdə təbiətin gözlənilməz şıltaqlığı məhsuldarlığın azalması ilə yanaşı, ağacın qurumasına səbəb ola bilər", —deyir aqronom.

Hava şəraitinin belə davam etməsi isə, alça, ərik, şaftalı, armud kimi meyvələrin bazarda kasad, qiymətinin isə baha olacağını deməyə əsas verir.

Xəbər lenti
0