ELM

Nəticələr açıqlandı: 5175 nəfər magistraturaya qəbul olub

© Photo : REPORTQəbul imtahanları. Arxiv şəkli
Qəbul imtahanları. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Qəbul olanlardan 2205 nəfərini dövlət sifarişi, 2970 nəfəri isə ödənişli əsaslarla təhsil alacaqlar. Onlardan 3103 nəfəri ali təhsil müəssisələrinin cari, 2072 nəfəri isə əvvəlki illərin məzunudur.

BAKI, 22 iyun Sputnik. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2016/2017-ci tədris ili üçün ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına müsabiqənin nəticələrini açıqlayıb. Komissiyadan Sputnik-ə verilən məlumata görə, bakalavrlar qəbulun nəticələri ilə bağlı məlumatı Komissiyanın internet saytından və mobil telefondan iş nömrəsini 7727 nömrəsinə SMS göndərməklə öyrənə bilərlər.

İlham Əliyev - Sputnik Azərbaycan
CƏMİYYƏT
Prezident onlara möhlət verdi

Qəbul olunanların siyahısı "Magistr" jurnalının 5-ci sayında dərc olunacaq. Müsabiqənin nəticələrinə əsasən, ixtisaslaşma seçimində iştirak edən 6336 bakalavrdan 5175 nəfəri respublika ali təhsil müəssisələrinin magistraturalarına qəbul olub. Qəbul olanlardan 2205 nəfərini dövlət sifarişi, 2970 nəfəri isə ödənişli əsaslarla təhsil alacaqlar. Onlardan 3103 nəfəri ali təhsil müəssisələrinin cari, 2072 nəfəri isə əvvəlki illərin məzunudur.

Bundan əlavə, 6 bakalavr idman sahəsi üzrə, 3 bakalavr isə incəsənət sahəsi üzrə yüksək səviyyəli beynəlxalq yarışların və müsabiqələrin qalibi olduğu üçün magistratura səviyyəsinin müvafiq ixtisaslarına müsabiqədənkənar qəbul olunub.

Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul olanlar iyunun 28-dən iyulun 11-dək (şənbə və bazar günləri istisna olmaqla) tələb olunan sənədləri təqdim etməklə qəbul olduqları ali təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər. Qeyd olunan müddətdə sənədləri təqdim etməyən və qeydiyyatdan keçməyən bakalavrlar qəbul olanlar siyahısından xaric ediləcəklər.

Xəbər lenti
0