CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Prezident onlara möhlət verdi

© Photo : Официальный сайт Президента Азербайджанаİlham Əliyev
İlham Əliyev - Sputnik Azərbaycan
Abunə olmaq
Dövlət başçısı magistr və doktorantlara hərbi xidmətdən möhlət hüququ verilməsi ilə bağlı fərman imzalayıb

BAKI, 22 iyun — Sputnik. Prezident İlham Əliyev "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" qanunun tətbiqi haqqında fərman imzalayıb.

Trend-in məlumatına görə, qanunun 21-ci maddəsinə edilən dəyişikliyə əsasən, bundan sonra hərbi xidmətə çağırışdan möhlət hüququ magistratura və doktorantura səviyyələrinə də şamil olunacaq.

Qeyd edək ki, indiyə qədər hərbi xidmətə çağırışdan möhlət hüququ ancaq bakalavriat pilləsində təhsil alanlara verilirdi.

Xəbər lenti
0