Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Cəmiyyəti içdən gəmirən şübhə

© Photo : GETTY IMAGESDüşüncələrə dalmış müsəlman
Düşüncələrə dalmış müsəlman - Sputnik Azərbaycan
Abunə olmaq
Braziliyada kəsilən heyvanlar necə İslam qaydalarına uyğun kəsilə bilər? Və QMİ necə qərara gəlib ki, onlara halallıq sertifikatı versin!?

BAKI, 21 iyun — Sputnik. Üzərinə "halal" yazıldığı üçün yediyimiz kolbasalar və sosiskalar həqiqətənmi halaldır? Təəssüf ki, bu suala hələ də tam cavab ala bilmirik. Məsələnin qaranlıq qalmasının isə bir neçə səbəbi var. 

Mütəxəssislərin sözlərinə görə, tərkibində donuz əti və piyi olmayan məhsulları uzun müddət saxlamaq mümkün deyil. Elə ona görə də kolbasa-sosiskalardan imtina edənlərin sayı hər gün artır.

5 şərt

İkinci bir səbəb kimi, dindarlar iddia edirlər ki, ətin halal olması onun təkcə müsəlman tərəfindən kəsilməsi şərti ilə bitmir. İslami baxımdan 5 vacib şərt var ki, ət məhz bu şərtlər çərçivəsində kəsiləndən sonra halal hesab edilir. Həmin şərtlər aşağıdakılardır:

Yararsız ət - Sputnik Azərbaycan
HADİSƏ
Mənşəyi məlum olmayan ətdən kolbasa düzəldərkən yaxalandı

1. Heyvanı kəsən şəxsin müsəlman olması;
2. Heyvanı kəsən alətin dəmir olması;
3. Heyvanın üzünün qibləyə doğru kəsilməsi;
4. Heyvanın "bismillah" deyilərək kəsilməsi;
5. Heyvanın qanının içəri axmaması üçün 4 damarının dördünün də kəsilməsi;

Dinşünaslar bu şərtlərdən biri pozulduğu halda həmin ətin halal sayılmadığını deyirlər. Bir çox dindarlar şübhələrdən xilas olmaq üçün maraqlı çıxış yolu da tapıblar. Onlar məscidlərin qarşısında satılan, həmin məscidin camaatından olan insanlar tərəfindən istehsal olunan və satılan kolbasa və sosiska məhsullarını alırlar.

Bizi kim aldadır?

Mövzunu daha da alovlandıran açıqlamanı isə 3 il öncə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov vermişdi. O, Azərbaycanda halal kolbasa və sosiska istehsal edən müəssisələrin olmadığını bəyan edərək hər kəsi təəccübləndirmişdi. Bu açıqlama halallıqla bağlı şübhələri olan insanların haqlı olduğunu sübut etməklə yanaşı, "halal" adı ilə məhsul alan insanların da aldadıldığını göstərdi.

© Photo : PUBLIC DOMAINƏt məhsulları
Ət məhsulları - Sputnik Azərbaycan
Ət məhsulları

Ramiz Həsənov, heç bir şirkətin "halal sertifikatı" almaq üçün onlara müraciət etmədiyini demişdi: "Qafqaz Müsəlmanları İdarəsinin verdiyi sertifikat məhsulun hansı üsulla istehsalına aiddir. Amma bizdə başqa tələblər var. Hələlik biz bu standartla bağlı müəssisələrə sertifikat verməmişik".

Spirtli içki içən adam. Arxiv şəkli - Sputnik Azərbaycan
TƏHLİL
Ramazanda spirtli içki içməyin cəzası nədir?

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin "halal"lıqla bağlı qəbul etdiyi hüquqi sənəddən bir parçaya nəzər salaq:

"Halal qida" ümumi tələblər (AZS 731-2012); "Halal" ət məhsulları istehsalı, daşınması, saxlanması və satışı üzrə ümumi tələblər (AZS 372/12); "Halal" termininin istifadəsi üzrə ümumi qaydalar (AZS 386-2012).

(AZS 731-2012) dövlət standartının 3.1-ci bəndində: İslam qaydaları Mənbəyi Qurani-Kərimdən və Məhəmməd Peyğəmbərin (s.ə.s) tətbiqlərindən (sünnə) olan və Allahın (s.s.) müsəlmanlar üçün əmr etdiyi bütün qaydalardır.

"Halal qida" adlanan 3.2-ci bənddən: "İslam qaydaları çərçivəsində istehsalına icazə verilən və bu standartda verilən qaydalara uyğun olan qida və içkilər" halal qidalardır.

Standartın digər müddəlarından: "Heyvanın kəsimi zamanı qəssab "Allahın adı ilə" mənasını verən "BİSMİLLAH" kəlməsini deməli və Allahın adından başqa ad deməməlidir, əks təqdirdə kəsim halal sayılmaz" (5.2.6.1.5 a). Sonra hər bir heyvanın kəsimində halal kəsim üçün Allahın adı təkrar edilməlidir (5.2.6.1.5 v). Qəssab mexaniki bıçağı işlətmədən əvvəl "BİSMİLLAH" kəlməsini deməli və kəsilən sahəsini tərk etməməlidir".

Braziliyada kəsilən heyvanlar necə İslam qaydalarına uyğun kəsilə bilər?

Mövzunu Sputnik üçün şərh edən ilahiyyatçı Rəsul Mirhəşimli Qafqaz Müsəlmanları İdarəsini (QMİ) sərt tənqid edib. Onun sözlərinə görə, dini idarələr o halda məhsullara halal sertifikatı verir ki, heyvanın kəsilmə prosedurunu öz gözü ilə müşahidə eləsin.

"Xaricdən gələn məhsula QMİ-nin halal sertifikat verməsi ilk növbədə absurt qərardır. Çünki QMİ əməkdaşlarının heç birinin, heyvanın necə və kim tərəfdən kəsilməsi ilə bağlı nə müşahidəsi var, nə də orda hər hansı nümayəndəsi iştirak edir. Mənim üçün aydın olmayan bir şey var ki, Braziliyada kəsilən heyvanlar necə İslam qaydalarına uyğun kəsilə bilər? Və QMİ necə qərara gəlib ki, onlara halallıq sertifikatı versin!? Bunu anlamaq mümkün deyil", — dinşünas bildirib.

R. Mirhəşimli insanların beynində sual qalmaması üçün çıxış yolu da göstərib: "Hər hansı xarici ölkədə heyvanın kəsilməsi ilə bağlı halallığın müşahidə edilməsinə kiminsə istəyi varsa, o əti ölkəyə gətirən təşkilat müsəlmanların inandığı nümayəndə ilə birlikdə birbaşa kəsilmə prosesində iştirak eləməlidir. O zaman tam aydın olacaq ki, bu heyvanlar doğrudanmı İslam qaydalarına uyğun kəsilir ya yox".

Qeyd edək ki, məsələ ilə bağlı mövqeyini öyrənmək istədiyimiz QMİ-nin əlaqə telefonlarına iki gün ərzində etdiyimiz zənglərin hamısı nəticəsiz qaldı.

Xəbər lenti
0