Sputnik xəbər verir ki, hazırda fövqəladə hallar qrupu Karelyada axtarışları davam etdirir. Baş vermiş faciə ilə bağlı 5 nəfər həbs olunub ki, onları 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.
İstintaq komissiyasının təmsilçisi Vladimir Markinin hadisə ilə bağlı deyib: "Artıq istintaqa belə məlumat daxil olub ki, düşərgəyə fırtına olacağı ilə bağlı xəbərdarlığın edilməsini əsas gətirən uşaqlar gölə gəmi gəzintisini təxirə salmağı xahiş ediblər, amma təlimatçıların təkidindən sonra onlar məcbur olub gəzintiyə razılıq veriblər".
Qeyd edək ki, uşaqları qayıqlarda müşayət edən 4 nəfərlə yanaşı "Park-otel Syamozero" Səhmdar Cəmiyyətinin direktoru Yelena Reştova da cinayət məsuliyyətinə cəlb olunub. Öz növbəsində cəmiyyət sədri bildirib ki, fırtına xəbərdarlığına baxmayaraq uşaqların səyahətə aparılması barədə onun məlumatı olmayıb.
Uşaq hüquqları müdafiəçisi Pavel Astaxov isə Sputnik-ə deyib ki, uşaqları müşayət edənlər təcrübəli şəxslər yox, pedaqoji kollecin tələbələri olublar: "47 nəfər yeniyetmə üçün 17-19 yaşlarında cəmi dörd təlimatçı ayrılıbmış. Onlar nə vaxtdan təlimatçı olublar? Onlar necə başqalarının həyatını xilas edə bilərdilər?".
Rusiyanın Fövqəladə Hallar Nazirliyi bildirib ki, səfər marşrutu onlarla razılaşdırılmayıb və təlimata uyğun nəzərdə tutulmuş istiqamətdə aparılmayıb: "Belə olsaydı, uşaqlar peşəkar səviyyədə müşayət olunardılar ki, bu da itkinlərin sayının belə həddə olmasına gətirib çıxarmazdı".
Rusiya Turizm Sənayesi İttifaqının vitse-prezidenti Yuruy Barızkin də məsələ ilə bağlı açıqlama verib. Onun sözlərinə görə, belə faciənin baş verməsi hazırda Dövlət Dumasında baxılmaq ərəfəsində olan turizm üzrə ekskursiya təlimatçılarının attestasiyadan keçirilməsini nəzərdə tutan qanunun qəbulunu tezləşdirməyi şərtləndirir.
"Bütün ölkə üzrə uşaq sağlamlıq düşərgələrində geniş miqyaslı yoxlama tədbirləri həyata keçirilməlidir". Bunu isə Rusiya Federasiya Şurasının Konstitusiya qanunvericiliyi komitəsinin sədr müzvivi Yelena Mizulina deyib. O, hesab edir ki, Syamozero gölündə uşaqlarım ölümü ilə nəticələnmiş faciəyə görə regional hakimiyyətlər məsuliyyət daşıyır.
"İlk növbədə bu faciənin düşərgə əməkdaşlarının səhlənkarlığı və başdansoyuqluğu, yaxud da bədbəxt hadisə olması araşdırılacaq ", — deyə Mizulina jurnalistlərə bildirib.
Onun sözlərinə görə, əgər müəyyən edilsə ki, uşaqlar fırtına baş verən vaxt gölə aparılıblar, bu, ciddi qanun pozuntusu kimi qiymətləndiriləcək: "Bütün federal dairələr kimi, Karelya da uşaq düşərgələrində təhlükəsizliyin təmin edilməsinə görə birbaşa məsuliyytə daşıyır".
"2016-cı ilin mövsümünün belə faciə ilə başlaması təəssüf doğurur. Dövlət məhz bu il uşaqların yay tətilini yüksək səviyyədə təşkil edilməsi məqsədi ilə vacib layihələr həyata keçirib, bir sıra düşərgələr təmir olunub, bəziləri isə yenidən tikilib. Buna gərə, mən əminəm ki, hökümətin təşəbbüsü ilə bütün ölkə üzrə uşaq sağlamlıq düşərgələrində ciddi yoxlamalar haytata keçirilməlidir. Ehtimal etmək olar ki, Karelya rəsmiləri faciə baş verən düşərgənin uşaqları qəbul etməyə hazırlıq səviyyəsini, personalın nə dərəcədə öz işinin öhdəsindən gələ biləcəyini yoxlamayıb", — deyə Mizulina əlavə edib.
İstisna edilmir ki, "Park-otel Syamozero" uşaq dəşərgəsindəki oxşar vəziyyət Rusiyanın digər regionlarında da var. Senator bütün düşərgələrin tezliklə yoxlamaya cəlb olunmasını tələb edib.
İndi məlum olur ki, sən demə valideynlər keçən il də pis şərait ucbatından uşaqlarının istirahətini yarımçıq kəsərək, "Park-otel "Syamozero"dan çıxarıblarmış və o zaman edilmiş şikayətlərə əhəmiyyət verilməyib. Hətta keçən il düşərgədə qidalanma elə bərbad vəziyyətdə olubmuş ki, uşaqlardan biri evlərinə "Məni bu cəhənnəmdən xilas edin" məzmununda məktub göndəribmiş. Valideynlər uşaqların dedikləri əsasında Karelya prokurorluğuna müracitə etsələr də, onların şikayətləri havadan asılı qalıb.
Artıq düşərgə bağlanıb və dəhşətli faciədən xilas olan uşaqlardan 12 nəfər hospitallarda yerləşdirilib. Onların hamısı ciddi travma alıb. Həlak olmuş uşaqların dəfn mərasimi Moskvada bu həftənin cümə axşamı keçiriləcək. Faciə ilə bağlı Moskva və Karelyada iyunun 20-də matəm elan olunub.