Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Əcəli suda imiş...

© Sputnikİntiqam İsmayılov
İntiqam İsmayılov - Sputnik Azərbaycan
Abunə olmaq
Ağdam rayonundan məcburi köçkün İntiqam Arif oğlu İsmayılov su anbarında çimərkən boğulub

BAKI, 20 iyun — Sputnik. Mingəçevirdə çimərlik mömsümünün ilk ölüm faktı qeydə alınıb. Hadisə iyunun 18-də Mingəçevir su anbarında qeydə alınıb.

Sputnik-in bölgə müxbiri xəbər verir ki, Mingəçevir şəhərində yaşayan, Ağdam rayonundan məcburi köçkün İntiqam Arif oğlu İsmayılov su anbarında çimərkən boğulub. Meyit sudan çıxarılıb. Faktla bağlı araşdırma başladılıb.

HADİSƏ
Çobanlar suda boğuldular

17 yaşlı İntiqam İsmayılov dörd il əvvəl atasını, ötən il isə anasını itirib. Nənəsinin himayəsində yaşayıb. Mərhumun nənəsi Rəfiqə Qurbanova İntiqamın evdən xəbərsiz çıxdığını, az sonra isə ölüm xəbərini aldığını deyib.

"İntiqam 3 yaşında olanda da suya düşüb, o zaman onu güclə həyata qaytara bildik. Nəvəmin əcəli sudan imiş. Bir dəfə xilas etdik. İkinici dəfə sular çəkdi qoynuna. Bəlkə də valideynlərinə qovuşmaq istəyirdi, ona görə daim suya can atırdı", — nənəsi qeyd edib.

Onu da bildirək ki, İntiqamın böyük qardaşı hərbi xidmətdədir və Rəfiqə Qurbanova "əsgər qardaşına nə deyəcəyimizi bilmirik" —deyə ah-nalə edir.

Xəbər lenti
0