Türkiyə ilə İsrail böyük anlaşmanın bir addımlığında

© AP Photo / Burhan OzbiliciAnkarada İsrailin baş naziri Benyamin Netanyahu və Türkiyənin o vaxtkı baş naziri Rəcəb Tayyip Ərdoğanın şəkilləri olan plakat. 25 mart 2013
Ankarada İsrailin baş naziri Benyamin Netanyahu və Türkiyənin o vaxtkı baş naziri Rəcəb Tayyip Ərdoğanın şəkilləri olan plakat. 25 mart 2013 - Sputnik Azərbaycan
Abunə olmaq
İki ölkə rəsmiləri arasında kritik görüş keçiriləcək. Tərəflərin bir araya gələrək yekun razılıq əldə edəcəkləri bildirilir.

BAKI, 20 iyun — Sputnik. Altı il əvvəl baş verən Mavi Mərmərə hadisəsindən sonra korlanan Türkiyə-İsrail əlaqələrinin normallaşması üçün iki ölkə rəsmiləri arasında davam etdirilən danışıqlar nəhayət başa çatır. Bu barədə Sputnik DHA-ya istinadla xəbər verir.

Türkiyə və israil bayraqları. Arxiv şəkli - Sputnik Azərbaycan
Rusiya-İran ittifaqına qarşı Türkiyə-İsrail həmrəyliyi

İsrailin "Haaretz" qəzetinin yaydığı məlumata görə, İsrail Xarici İşlər Nazirliyinin yüksək səviyyəli bir nümayəndəsi iki ölkə təmsilçilərinin iyunun 26-da, Avropa ölkələrinin paytaxtlarının birində, "bəlkə son dəfə" bir araya gələrək razılıq əldə edəcəklərini bildirib.

İsrail yetkinlisi danışıqlarda razılıq əldə edilməyən tək məsələnin Həmasın İstanbuldakı hərbi nümayəndəliyinin bağlanılması olduğunu ifadə edib. O deyib ki, bu məsələnin də danışıqlar prosesində həll edilməsi ehtimalı çox yüksəkdir.

İsrail rəsmisi qeyd edib ki, son razılaşmanın may ayında başa çatacağı gözlənilirdi, ancaq Davudoğlunun istefa verməsi səbəbindən son görüş iyun ayına keçirilib.

Xəbər lenti
0