Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Qaxda çətənə becərən Balakən sakinləri ələ keçib

© Photo : STRNarkotik maddə. Arxiv şəkli
Narkotik maddə. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Ərazidən 33 ədəd narkotik tərkibli bitki hesab edilən çətənə kolları yığılaraq maddi sübut kimi istintaqa təhvil verilib

BAKI, 20 iyun — Sputnik. Qax Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində narkotik tərkibli bitkilərin əkib-becərilməsi ilə məşğul olan şəxslərin tutularaq istintaqa təhvil edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri keçiriblər. Rayon Polis Şöbəsindən Sputnik-ə verilən verilən məlumata görə, rayonun Şıxlar kənd yaxınlığında meşə ərazində əkilib, aqrotexniki qaydada qulluq edilən narkotik tərkibli bitki hesab olunan çətənə kolları aşkar edilib.

Narkotik maddə. Arxiv şəkli - Sputnik Azərbaycan
HADİSƏ
Nazirlik əməkdaşında narkotik və silah aşkarlandı

Əməliyyat nəticəsində çətənə kollarının Balakən rayon sakinləri olan Elşən Nəzir oğlu Göylərov, Şahid Nurhuda oglu Mustafayev və Nəcməddin Osman oğlu Osmanovun tərəfindən əkildiyi müəyyən edilib. Hər üç şəxs saxlanılaraq istintaqa təhvil verilib.

Hal şahidlərinin iştirakı ilə ərazidən 33 ədəd narkotik tərkibli bitki hesab edilən çətənə kolları yığılaraq maddi sübut kimi istintaqa təhvil verilib. Faktla bağlı Qax RPŞ-də cinayət işi başlanıb, araşdırma aparılır.

Xəbər lenti
0