BAKI, 19 iyun — Sputnik. Bakıda keçirilən “Formula 1” Avropa Qran Prisinda növbəti pilot yarışı yarımçıq dayandırmalı olub.
Sputnik xəbər verir ki, “Manor” komandasının pilotu Paskal Verlyayn bolidinin idarəetmə asqısında olan texniki səbəblərdən yarışı zamanından tez dayandırıb. "McLaren" komandasının pilotu Fernando Alonso da komanda yoldaşı kimi eyni aqibətlə üzləşib. Texniki rəhbərlər boliddə baş verən texniki problemlərə görə, pilota geri qayıtmaq əmri veriblər.
Beləliklə, Avropa Qran Prisində 4 pilot artıq yarışı dayandırıb.