BAKI, 18 iyun — Sputnik. Fransada keçirilən futbol üzrə Avropa çempionatında bu gün F qrupunda yarışan İslandiya və Macarıstan yığmaları üz-üzə gəliblər.
Marsel şəhərində keçirilən oyunda hesabı 40-cı dəqiqədə penaltidən Gilfi Siqurdsson açıb.
Görüşün 88-ci dəqiqəsində island Birkir Sevarssonun avtoqolu nəticəsində macarlar hesabı bərabərləşdiriblər — 1:1. Oyun elə bu hesabla da başa çatıb.
İki görüşdən sonra Macarıstan bu qrupda 4 xal toplayıb. İslandların 2 xalı var. Son turda macarlar portuqallarla, islandlar isə avstriyalılarla qarşılaşacaqlar.