BAKI, 18 iyun — Sputnik. Fransada keçirilən futbol üzrə Avropa çempionatında günün ilk oyunu başa çatıb.
E qrupunda Belçika yığması İrlandiyanı böyük hesabla məğlub edərək, çempionatda ilk qələbəsini qazanıb.
İlk yarısı qolsuz başa çatan görüşdə hesabı 48-ci dəqiqədə Romelu Lukaku açıb. 61-ci dəqiqədə Aksel Vitsel fərqi artırıb. 70-ci dəqiqədə isə Lukaku özünün ikinci, komandasının üçüncü qolunu vurub.
Bu qələbə sayəsində Belçika xallarını 3-ə çatdıraraq, 2-ci pilləyə yüksəlib. Qrupa 6 xalla İtaliya başçılıq edir. İsveç və İrlandiya isə hərəyə 1 xalla 3-4-cü yerləri bölüşürlər.
Sonuncu turda İtaliya İrlandiya, Belçika isə İsveçlə görüşəcək.