BAKI, 18 iyun — Sputnik. Bakıda keçirilən Formula-1 Avropa Qran-prisində sıralama yarışı zamanı Force India-nın pilotu Serxio Peres bolidin ötürmə qutusunun dəyişdirilməsində vaxt itkisindən beş pillə geriləyib.
Üçüncü sərbəst yürüşün son saniyələrində Peres bolidini 15-ci döngədə baryerə vurub. Zərbə o qədər bərk olub ki, bolidin ötürmə qutusu zədələnib.
Formula-1-in rəsmi saytının verdiyi məlumata görə, pilot məhz bu zədələnməyə görə zaman itirərək sıralamada geriləyib.