BAKI, 18 iyun-Sputnik. Bakıda təşkil edilən "Formula-1" üzrə Avropa Qran-prisində üçüncü test yürüşü başa çatıb.
Sputnik xəbər verir ki, yürüşdə 11 komandanın 22 pilotu iştirak edib.
Luis Hamilton, Niko Rosberq ("Mercedes"), Sebastian Vettel, Kimi Raykkonen ("Ferrari"), Felipe Massa, Valtteri Bottas ("Williams"), Daniel Rikkardo, Daniil Kvyat ("Red Bull Racing"), Niko Hülkenberq, Serxio Peres ("Force İndia"), Kevin Maqnussen, Colion Palmer ("Renualt"), Maks Ferstappen, Karlos Saynz ("Toro Rosso"), Markus Eriksson, Felipe Nasr ("Sauber"), Fernando Alonso, Censon Batton ("McLaren"), Paskal Verlyayn, Rio Haryanto ("Manor"), Roman Qrojan və Esteban Qutyerres ("Haas") trasla tanışlıq xarakterli sərbəst yürüşdə mübarizə aparıblar.
Pilotlar öz bolidləri ilə bir saat ərzində 6 kilometrlik Bakı trekində yarışıblar.
Bu gün də dünənki yürüşdə olduğu kimi, yenə ən yüksək göstəriciyə Luis Hamilton lider olmağı bacarıb. İngiltərəli idmançının 1:44.223-lük göstəricisi əlçatmaz olub. Onu "Mercedes"in digər sürücüsü Niko Rosberq (1:44.913) izləyib. Üçüncü yeri isə "Force İndia"nın pilotu Niko Hyulkenberq (1:45.336) tutub.
Qeyd edək ki, saat 17:00-da sıralanma turuna start veriləcək.