BAKI, 18 iyun-Sputnik. Futbol üzrə Avropa çempionatının qrup mərhələsində II turun oyunları çərçivəsində D qrupunda İspaniya ilə Türkiyə qarşılaşıb.
Sputnik-in məlumatına görə, son dərəcə zəif oyun nümayiş etdirən Türkiyə yığması ispanlardan 3 qol yeyib.
Qolları oyunun 35 və 48-ci dəqiqələrində Morata, 37-ci dəqiqəsində isə Nolito vurub.
Oyunun baş hakimi Milorad Maziç olub.