Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

"Mersedes"in pilotu liderliyini qorudu

© AFP 2024 / ANDREJ ISAKOVICF1 komandasının pilotu Luis Hamilton Baku City Circuit'də Mercedes AMG Petronas bolidini idarə edir
F1 komandasının pilotu Luis Hamilton Baku City Circuit'də Mercedes AMG Petronas bolidini idarə edir - Sputnik Azərbaycan
Abunə olmaq
Karlos Sayns 351 km/saat sürətə nail olub.

BAKI, 17 iyun-Sputnik. Bakıda keçirilən Avropa Qran-prisinin saat 17:00-da başlayan sərbəst yürüşü başa çatıb. Sputnik xəbər verir ki, birinci sərbəst yürüşdə olduğu kimi ikinci sərbəst yürüşdə də "Mercedes"in pilotu Luis Hamilton lider olub.

Luis Hamilton 1:44.223 dəqiqəlik göstərici nümayiş etdirib. Lider pilotu 1:44.913 dəqiqəlik nəticə ilə Niko Rosberq izləyir.
Yürüşdə üçüncü pillədə 1:45.336 dəqiqə ilə "Sahara Force İndia"nın pilotu Serxio Peres qərarlaşıb.

Qeyd edək ki, sərbəst yürüşdə ən yüksək göstəricini "Scuderia Toro Rosso"nun pilotu Karlos Sayns əldə etməyi bacarıb. Pilot 351 km/saat sürətə nail olub.

Xəbər lenti
0