Bu arada şəhərdə bayram əhval-ruhiyyəsi hökm sürür. Dənizkənarı parka ölkənin müxtəlif guşələrindən tətbiqi sənət ustaları toplaşıblar. Burada xalq sənəti ustalarının əl işlərindən ibarət stendlər təşkil edilib. Burada siz özünüz nəsə düzəltməyə cəhd edə bilərsiniz.
Turistlər və Formula-1 fanatları burada vaxtlarını maraqlı keçirə, milli suvenirlərə baxa və onlardan ala, musiqiyə qulaq asa və milli mətbəximizlə tanış ola bilərlər.
Xatırladaq ki, bulvarda fan-zona açılıb. Burada hər kəs özünü yarış bolidinin pilotu kimi hiss edə, Formula-1 turniri barədə məlumat ala və yarışa bilet ala bilər.