BAKI, 17 iyun-Sputnik. Formula 1 üzrə Avropa Qran-prisinin sərbəst yürüşündə ilk qəza baş verib.
Sputnik-in hadisə yerində olan müxbirinin məlumatına görə, Filarmoniya döngəsində "Red Bull" komandasının pilotu Daniil Rikkardo qəza törədib.
Pilot döngəni dönərkən divara çırpılıb və bolidin təkəri partlayıb. Bolidi trasdan kənarlaşdırmaq üçün marşal dəstəsi köməyə gəlib və onu yarış meydançasından uzaqlaşdırıblar.