Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Türkiyə-Rusiya yaxınlaşmasında Avropa faktoru

© AFP 2024 / POOL / IVAN SEKRETAREV Rusiya prezidenti Vladimir Putin Kremldə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı qarşılayarkən. Arxiv şəkli
Rusiya prezidenti Vladimir Putin Kremldə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı qarşılayarkən. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Rauf Mirqədirov: "Türkiyə və Rusiya uzun müddətli perspektivdə bir-biriləri ilə əməkdaşlığa məhkum dövlətlərdir."

Türkiyə-Rusiya yaxınlaşmasında Avropa faktoru
BAKI, 16 iyun-Sputnik. Türkiyə-Rusiya arasında münasibətlərin isinişməsinə gətirib çıxara biləcək qarşılıqlı jestlər artmaqdadır. Rusiya prezidenti Vladimir Putin bu ilin mayında Yunanıstana səfəri zamanı bildirmişdi ki, Rusiya müxtəlif kanallarla Türkiyə ilə əlaqədədir: "Moskva "Su-24"ün vurulması ilə bağlı Ankaradan konkret addımlar gözləyir. Amma hələ bu addımlar yoxdur. Münasibətləri biz yox, onlar pozub". 

Putinin sözlərinə görə, Rusiya daha öncə Türkiyə ilə olan əlaqələrə böyük önəm verirdi. "Mən hələ də başa düşmürəm ki, Türkiyə niyə bu münasibətləri pozdu".
Bunun ardınca Türkiyə Baş nazirinin müavini Numan Kurtulmuş Türkiyə və Rusiyanın bir-birinə ehtiyacı olduğunu bildirbi. "Türkiyə əvvəlki kimi bəyan edir ki, Rusiyaya məxsus Su-24 təyyarəsi vurulanda Ankara həmin bombardmançının kimə aid olduğunu bilmirdi",- deyə Numan Kurtulmuş vurğulayıb. O, Ankara və Moskvanın dialoq yolu ilə münasibətlərdəki böhranı nizamlaya biləcəklərinə ümid etdiyini bildirib.

Ərdoğan və Putin - Sputnik Azərbaycan
TƏHLİL
Türkiyə və Rusiya üçün son şans: başqa yol yoxdur
Rusiya Günü münasibətilə Rəcəb Tayyip Ərdoğanın rusiyalı həmkarı Vladimir Putinə təbrik məktubu göndərərək, yaxın vaxtlarda iki ölkə arasında münasibətlərin layiqli səviyyəyə çatmasını arzulaması da diqqətdən yayınmayıb. Öz növbəsində yeni baş nazir Binali Yıldırımın da rusiyalı həmkarı Dmitri Medvedevə göndərdiyi təbrik məktubunda iki ölkə arasında münasibətlərin və əməkdaşlığın xalqların ümumi marağı üçün vacib olduğu səviyyəyə çatacağını arzuladığı qeyd olunur.

Politoloq Rauf Mirqədirov deyir ki, Türkiyə və Rusiya uzun müddətli perspektivdə bir-biriləri ilə əməkdaşlığa məhkum dövlətlərdir:

"Ən azı iqtisadi sahədə buna məhkumdurlar. Türkiyə Rusiya üçün ilk növbədə enerji daşıyıcılarının istehlakçısıdır. Digər tərəfdən enerji daşıyıcılarının Avropa bazarlarına çıxarılması üçün tranzit ölkədir. Rusiya isə Türkiyə üçün geniş istehlak malları bazarıdır. Yaxın gələcəkdə bu asılılıqda ciddi bir dəyişiklik olacağını mən düşünmürəm. Yəni bu asılılıq iqtisadi müstəvidə Rusiya-Türkiyə əməkdaşlığının və münasibətlərinin normallaşmasını şərtləndirən ən böyük amildir."

Rauf Mirqədirovun sözlərinə görə, turizm və digər sahələrdə Rusiya-Türkiyə arasında əlaqələr sarsılsa da bu, enerji daşıyıcıları sahəsində əməkdaşlığa ciddi problem yaratmadı.
Hər iki ölkənin yaxınlaşmasını şərtləndirən amillər sırasında aparıcı faktorlardan biri də xarici təsirlər və Qərbdən gözlənilən münasibətin olmamasıdır.

Belə ki, Avropa Birliyi və Türkiyə arasındakı viza anlaşması ən son olaraq Türkiyədə terror əleyhinə qanunun dəyişdirilməsi tələbi ilə dalana dirəndi. Türkiyə hökuməti terrorla mübarizə qanunlarının daha da sərtləşdirilməsini, terrorçularla birlikdə terrora dəstək verən şəxslərin də cəzalandırılmasını təklif edir.

Fəxri Hacıbəy - Sputnik Azərbaycan
TƏHLİL
Rusiya və Türkiyə dostlaşaraq Avrasiyaya sahib çıxmalıdır
AB isə daha dəqiq terror tərifi tələb edir. Bu isə Ankarada sərt təpki ilə qarşılanıb. Prezident Ərdoğan dolayısı ilə güzəştə getməyəcəklərinə, hətta anlaşmadan imtina edə biləcəklərinə işarə edib. Bunun ardınca Britaniyanın baş naziri Türkiyənin birliyə üzvlüyünün doğuracağı "təhlükələrlə" bağlı iddialarına cavab olaraq deyib ki, Türkiyə Avropa Birliyinin üzvü olmaq üçün min il gözləməlidir. Digər tərəfdən Avropa İttifaqının Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların müddətini uzadacağı gözlənilir. İyulun 31-də başa çatacaq antirusiya sanksiyalarının uzadılması məsələsinə 28-29 iyun tarixlərində keçiriləcək Avropa İttifaqı ölkələrinin sammitində baxılacaq.

Politoloq Elxan Şahinoğlu da bu amillərdən çıxış edərək bildirir ki, Avropa İttifaqı həm Rusiyaya qarşı sanksiyalara davam qərarı verib, həm də Türkiyəyə yenidən qapını göstərib: "Yəni hər iki dövlət Avropadan və elə ABŞ-dan yanıqlıdırlar və bu amil Kremllə Ankaranı yenidən yaxınlaşdıra bilər. Çünki Vaşinqtonun Suriyadakı silahlı kürdlərə verdiyi dəstək də Ankaranı ciddi narahat edir".

Onu yaddan çıxarmaq olmaz ki, bu proses Rusiyanın öz xarici siyasətində Şərqə tərəf dönüş etməsi fonunda baş verir. Avropa və Beynəlxalq Araşdırmalar Mərkəzinin direktoru, politoloq Timofey Bordaçyov analitik məqaləsində bildirir ki, Asiya ölkələri ilə xüsusən iqtisadi əlaqələrin inkişafı artıq zərurətə çevrilib.

Türkiyə-Rusiya - Sputnik Azərbaycan
RUSİYA
Türkiyə Rusiya ilə aralarında olan böhrandan əziyyət çəkdiyini etiraf edib
 "Bu, Asiya ilə iqtisadi və siyasi əlaqələrin ümumi inkişaf üçün yeni Avrasiya mühitinin yaradılmasıdır. Bunu Avropadan Asiyaya 180 dərəcəlik dönüş hesab etmək olmaz. Əksinə, bu, Rusiyanın praqmatik düşüncələrdən yeni imkanlar və müasir dünyanın tələblərinə cavab vermək arzusu istiqamətinə yönəlməsidir",- ekspert məqaləsində belə yazıb.

İki ölkə arasında münasibətlər ötən ilin noyabr ayında pozulub. Həmin vaxt Türkiyə sərhədlərini pozduğu iddia olunan Rusiyanın "Su 24" qırıcısı Türkiyə Silahlı Qüvvələri tərəfindən vurulub. Rusiya prezidenti Vladimir Putin bu addıma çox kəskin reaksiya verərək, bunu "arxadan vurulan zərbə" kimi qiymətləndirmişdı. Türkiyə tərəfi bunu ölkənin hava məkanının pozulduğu üçün etdiyini desə də, Rusiya tərəfi bu iddiaları rədd edir. Həmin vaxtdan rəsmi Moskva Ankaraya qarşı kəskin sanksiyalar tətbiq etməyə başlayıb. 

Xəbər lenti
0